Icma.az
close
up
RU
Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Icma.az bildirir, Axar.az portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb.

Axar.az xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetnam strateji tərəfdaşlıq münasibətlərinə dair çoxsaylı məqalələr, xəbərlər yayıb.

“Vietnam+” nəşrinin “Vyetnam-Azərbaycan strateji tərəfdaşlığını dərinləşdirmək və onun səmərəliliyini artırmaq” başlıqlı məqaləsində Prezident İlham Əliyevin Vyetnama səfərinin iki ölkə arasında enerji, ticarət və bir çox digər sahələrdə əməkdaşlığı təşviq etməklə, strateji tərəfdaşlığı konkretləşdirmək üçün imkanlar açdığı vurğulanıb. Məqalədə iki xalq arasında dostluğun tarixindən söz açılaraq, Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərlərinin bu dostluğun təməlini qoyduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan öz inkişaf yolu boyunca Vyetnama hər zaman səmimi dəstək və rəğbət göstərib, Vyetnam isə Azərbaycanla dostluq münasibətlərinə və əməkdaşlığa daim yüksək dəyər verib. Məqalədə ötən müddətdə ali və yüksək səviyyədə həyata keçirilmiş səfərlərin münasibətlərin inkişafına verdiyi töhfələr vurğulanıb.

“BACNINHTV”nin saytındakı “Vyetnam və Azərbaycan arasında dostluq ənənələrinin qorunması və təşviqi” adlı yazıda iki ölkə arasında 30 ildən çox tarixi olan əməkdaşlığın getdikcə güclənən siyasi etimadla sıx bağlı olduğu vurğulanıb. Onilliklər boyu davam edən tərəfdaşlıq dövründə iki ölkə siyasi etimada, bərabərliyə və qarşılıqlı hörmətə əsaslanan ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurub.

“Nhândân” (Xalq) qəzetinin saytındakı oxşar məqalədə iki ölkənin ənənəvi dostluq və geniş əməkdaşlıq potensialına əsaslanaraq, ötən il münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Bu, əməkdaşlıq prosesində tarixi bir mərhələ olub, hər iki ölkə liderlərinin əlaqələrin perspektivinə dair siyasi iradəsini və ortaq baxışını nümayiş etdirir. Qeyd olunub ki, yeni çərçivə Vyetnam ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrindəki ikitərəfli münasibətlərin səmərəliliyini daha da artırıb.

“Vietnam.vn” saytındakı “Vyetnam-Azərbaycan: parlaq gələcək üçün dostluğun möhkəmləndirilməsi” adlı məqalədə Xəzər dənizi sahilindəki neft quyularından müasir külək və günəş elektrik stansiyalarına qədər, Prezident Ho Şi Minin tarixi səfərindən Qafqaz bölgəsində Vyetnam şirkətləri tərəfindən araşdırılan investisiya layihələrinə qədər Vyetnam-Azərbaycan münasibətləri uzun bir yol qət etdiyi bildirilib. Qeyd olunub ki, 60 ildən çoxdur möhkəmlənən dostluq əməkdaşlığın yeni, daha mənalı və perspektivli bir mərhələsinin yolunu açır. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri hər iki ölkəyə keçmişi qiymətləndirmək və əməkdaşlıq üçün yeni üfüqləri araşdırmaq imkanı verəcək.

Oxşar mövzuda məqalələr Vyetnamın digər bir neçə media orqanında da yayımlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 Noyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri