Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynadan ölkəyə ekstradisiya ediləcək
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ənvər Tağıyevin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Ukraynanın Baş Prokurorluğuna müraciəti, zəruri sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində Ənvər Tağıyevin Azərbaycana ekstradisiyasına razılıq verilib.
Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayəti törətməsinə, eləcə də aksiz markası ilə markalanmalı olan yükü markalanmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. İstintaqdan yayınaraq gizləndiyi üçün İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Keçirilən tədbirlər nəticəsində Ənvər Tağıyevin Ukraynada olduğu müəyyənləşdirilib və onun saxlanılması təmin olunub.
Hazırda Tağıyevin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 04 Sentyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















