Beynəlxalq Bank əsassız komissiya tutdu, müştəri etdi etdi
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkənin bank sektorunda bankomatlar üzrə komissiya haqqının tutulması ilə bağlı müştəri narazılıqlarına növbəti bir şikayət əlavə olunub.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkə istifadəçisi Emin Nəsibovun verdiyi məlumata görə, "AFB Bank"a məxsus ödəniş kartı ilə Azərbaycan Beynəlxalq Bankının ("ABB") bankomatından 1000 manat nağd vəsait çıxararkən hesabından gözlənilmədən əlavə komissiya tutulub.
Müştəri bu vəziyyətə sərt etirazını bildirərək vurğulayıb: Toyuqlu pizza
“ABB bu nə biabırçılıqdır? 1000 manata AFB kartımdan sizin bankomatdan komissiya tutuldu. Halbuki AFB-də 5000 manata qədər komissiya yoxdur”.
Banklararası nağdlaşdırma şərtləri və tərəfdaşlıq şəbəkələri üzrə fərqli komissiya tariflərinin tətbiq olunması müştərilər arasında çaşqınlıq yaratmaqda davam edir. Zərərçəkən vətəndaş tutulan haqsız komissiya məbləğinin araşdırılmasını və məsələyə aydınlıq gətirilməsini tələb edir.
Qeyd edək ki, AFB Bankın “Mono Kart” məhsulu üzrə aylıq komissiyasız nağdlaşdırma limiti 15 000 AZN təşkil edir. Bununla yanaşı, bank müştərilərinə ölkədaxili digər yerli bankların bankomatlarından ay ərzində 5 000 AZN-ədək komissiyasız nağdlaşdırma imkanı təqdim edir.
Baxış sayı:236
Bu xəbər 10 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















