Beynəlxalq Banka 272 min manat maliyyə sanksiyası tətbiq edildi Yeni Sabah
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Bank sistemində izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir.
“Yeni Sabah”ın məlumatına görə Mərkəzi Bankın bu haqda açıqlamasında bildirilir ki, bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.
15.10.2024 - 14.11.2024-cü il tarixlərini əhatə edən saxlama dövründə “Azərbaycan Beynəlxalq Bankı” ASC manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı 272 343.69 manat (iki yüz yetmiş iki min üç yüz qırx üç manat altmış doqquz qəpik) məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















