Beynəlxalq Cinayət Məhkəməsi Suriyanın yeni hökuməti ilə birlikdə Bəşər Əsədin cinayətlərini araşdıracaq AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 yanvar, AZƏRTAC
Suriyanın yeni administrasiyasının lideri Əhməd əl-Şaraa paytaxt Dəməşqdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan ilə görüşüb.
AZƏRTAC Suriyanın dövlət xəbər agentliyi SANA-ya istinadla xəbər verir ki, əl-Şaraa və Suriyanın xarici işlər naziri Əsəd Əl Şaibani diktator Bəşər Əsədin cinayətlərinin araşdırılmasında BCM ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
BCM-dən verilən açıqlamada qdye olunub ki, Kərim Xan Suriyada törədilən cinayətlərə görə cavabdehlik üçün tərəfdaşlığın qurulmasına dair açıq və konstruktiv müzakirələrə görə minnətdarlığını ifadə edib.
Keçən həftə Suriyadakı qurbanları təmsil edən türkiyəli vəkillər BCM-ni Əsəd və 17 yüksək vəzifəli məmurun hərbi və insanlığa qarşı cinayətlər törətdiyinə görə “təcili olaraq” həbsinə order verməyə təşviq ediblər.
Bundan əvvəl, yanvarın 11-də Suriya rəsmiləri ilə görüşdən sonra açıqlama verən vəkillər Gülden Sönmez və Cihat Gökdemir 2017-ci ildə Baas rejimindən əziyyət çəkən müvəkkilləri adından Əsəd və yüksəksəviyyəli hərbi və siyasi xadimləri mühakimə etmək üçün Haaqada proses başlatdıqlarını bildiriblər.
Kərim Xan “Reuters” agentliyinə müsahibəsində deyib ki, Suriya BMC-ə üzv dövlət deyil, lakin onun yurisdiksiyasını ilk addım kimi qəbul edə bilər. “Keçid hökuməti tərəfindən Suriyadan gələn bəzi açıqlamalar ədalətə açıqlıq və baş vermiş cinayətlərə görə məsuliyyətə işarə edir", -deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Yanvar 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















