Icma.az
close
up
RU
Beynəlxalq ekspert: WUF13 ə ev sahibliyi etmək Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir

Beynəlxalq ekspert: WUF13 ə ev sahibliyi etmək Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 fevral, Günel Türksoy, AZƏRTAC

Bakı şəhərində keçiriləcək Dünya Şəhərsalma Forumunu mövcud qlobal kontekstdə son dərəcə əhəmiyyətli hesab edirəm.

Bunu AZƏRTAC-a açıqlamasında Mayami Universitetinin hüquq məktəbinin müəllimi, beynəlxalq iqlim hüququ üzrə tanınmış ekspert Lorena Zenteno Villa deyib.

O bildirib ki, hazırda sürətlənən iqlim böhranı ilə yanaşı, xüsusilə sürətlə urbanizasiya olunan regionlarda dərinləşən mənzil böhranı dövrü yaşanılır. Şəhərlər həm bu problemlərin mərkəzindədir, həm də potensial həll yollarının əsas məkanıdır:”Hər iki ildən bir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Dünya Şəhərsalma Forumu dayanıqlı şəhər inkişafı üzrə dialoq üçün aparıcı qlobal platformadır. Forum hökumətləri, şəhərsalma mütəxəssislərini, vətəndaş cəmiyyətini, akademik dairələri və beynəlxalq təşkilatları bir araya gətirərək siyasətlərin, innovasiyaların və qabaqcıl təcrübələrin mübadiləsinə imkan yaradır. Qərarverici orqan olmasa da, qlobal şəhər gündəliyinin formalaşmasında mühüm rol oynayır”.

Ekspert qeyd edib ki, Forumun builki mövzusu olan “Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” xüsusilə aktual əhəmiyyətə malikdir: “İqlim dəyişikliyi bütün dünyada şəhərlərdə istilik dalğalarının, daşqınların, məcburi köçkünlüyün və infrastruktur yüklənməsinin artmasına səbəb olur və bu proseslər qeyri-adekvat və ya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan əhaliyə daha çox təsir göstərir. Buna görə də mənzil məsələsi təkcə sosial problem deyil, eyni zamanda, iqlimə davamlılıq və insan təhlükəsizliyi məsələsidir. WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün həm daxili, həm də beynəlxalq müstəvidə mühüm əhəmiyyətə malikdir. Daxili baxımdan bu, dayanıqlı şəhərsalma və uzunmüddətli davamlılıqla bağlı müzakirələri gücləndirir. Beynəlxalq səviyyədə isə ölkəni dayanıqlı şəhərlər və iqlimə uyğunlaşma ilə bağlı qlobal müzakirələrin fəal iştirakçısı kimi mövqeləndirir. Bu məsələlər qarşıdakı onilliklərdə şəhər inkişafının əsas istiqamətlərini müəyyən edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Fevral 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri