Icma.az
close
up
RU
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB əlilliyi olan insanlarla görüşüb

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB əlilliyi olan insanlarla görüşüb

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

“Beynəlxalq Əlillər Cəmiyyəti”nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Qayıdışa aparan yol” adlı layihəsi davam edir. Layihə iştirakçıları 12 iyul tarixində, suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpası ilə nəticələnən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük Antiterror tədbirləri zamanı şəhid olan Sergey Heybətovun ailə üzvlərini ziyarət ediblər.

Layihə rəhbəri və ictimai birliyin sədri Tahir Xudiyev bildirib ki, 2023-cü idə Antiterror əməliyyatından dərhal sonra şəhidlərin ailə üzvlərinə baş çəkərək dərdlərinə şərik olmuş, problemləri ilə maraqlanmışdıq. O vaxt baş çəkə bilmədiyimiz yalnız şəhid Sergey Heybətovun ailəsi olmuşdu. Məlumatı olanlar bilir ki, Qusar rayonundan 42 km məsafədə yerləşən Ukur ucqar dağ kəndidir və o vaxt havaların çox sərt keçməsinə görə Qusar Rayon İcra hakimiyyətindən ora getməyi məsləhət bilmədilər.

Heybətovlar ailəsinə baş çəkə bilməməyimiz bizi çox narahat edirdi, üyərəyimizdə böyük bir nisgil qalmışdı. Amma Sergeyin atası Ramin Heybətovla tez-tez telefon əlaqəsi saxlayır, hal-əhval tuturduq. Odur ki, bu layihənin icrası zamanı Qusar rayonuna səfər etdik, Ukur kəndində şəhid Sergeyin evindəki xatirə muzeyini və ailə üzvlərini ziyarət etdik, problemləri ilə maraqlandıq.

Tahir müəllim sözünə davam edərək söylədi ki, şəhidimizin anası Lalə xanıma sizin problemlərinizi öyrənib köməklik göstərmək üçün bura gəlmişik, dedim. Ailənin maddi durumu yaxşı olmasa da, təəccüb etdim ki, Lalə xanım, gözlərindən yaş axsa da, qürurlu Azərbaycan xanımı kimi heç bir problemlərinin olmadığını söylədi. Amma söhbət zamanı öyrəndik ki, Sergeyin şəhid olmasından sonra ailənin yeganə övladı sayılan qardaşı
Elvan əsgərlikdən 10 gündür qayıdıb, hələ ki, heç bir yerdə işləmir. Elvanın işlə təmin olunması üçün bir neçə dövlət təşkilatlarına müraciət edəcəyik.

Onu da qeyd edək ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” yalnız layihələr zamanı deyil, layihədən kənar vaxtlarda da əlilliyi olan insanlar, şəhid ailələri, müharibə iştirakçılarının problemləri ilə maraqlanır, onlara mənəvi dəstək olur, imkan daxilində problemlərinin həllinə köməklik göstərir.

Fotolar

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 İyul 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri