Icma.az
close
up
RU
Beynəlxalq Əlillər Gününə həsr olunmuş inklüziv konsert proqramı təqdim edilib AZƏRTAC

Beynəlxalq Əlillər Gününə həsr olunmuş inklüziv konsert proqramı təqdim edilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz bir ailəyik” adlı inklüziv konsert proqramı təqdim edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir “Biz bir ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin üzvlərinin Azərbaycanın Dövlət Himnini ifa etməsi ilə başlanıb.

Tədbirdə çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova universitetin inklüziv təhsilin və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəklədiyini bildirib.

Daha sonra Milli Məclisin deputatı Vüqar İskəndərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, UNEC-in İnklüziv Mərkəzinin rəhbəri Sevinc Məhsimova ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdən danışıblar.

Çıxışlarda inklüziv cəmiyyətin yaradılmasında gənclərin rolu qeyd edilib, bu təşəbbüslərin davamlı olmasının vacibliyi bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzi bu istiqamətdə müxtəlif layihələr və təşəbbüslər həyata keçirir, gənclərə bərabər imkanlar yaratmaq üçün xüsusi proqramlar hazırlayır.

Tədbirdə UNEC-in inklüziv təhsilin inkişafı sahəsində gördüyü işlərdən də danışılıb, İnklüziv Mərkəzin əlilliyi olan tələbələr üçün yaratdığı xüsusi imkanlar və dəstək mexanizmləri haqqında məlumat verilib.

Daha sonra konsert proqramı təqdim edilib. Xalq artisti Gülyanaq Məmmədova, xanəndə Sunay Hacıyeva əlilliyi olan gənclərlə birgə səhnəyə dəvət olunublar. Gənclər musiqi alətlərində ifa edib, rəqs nömrələri ilə çıxış ediblər.

Qeyd edək ki, inklüziv konsert proqramı UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və İnklüziv Mərkəzi, “Biz bir ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, UNEC, Sosial Xidmətlər Agentliyi, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəsmi tərəfdaşlığı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see123

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see121

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri