Icma.az
close
up
RU
Davos dərsləri

Davos dərsləri

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ruslan DOST ƏLİ
Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Beynəlxalq münasibətlər fakültəsinin məzunu

O, həm də bir müəllim idi - məktəb yox, dövlət yaradan, dövlət quran MÜƏLLİM. Buna görə də, lövhə qarşısında yox, Azərbaycan kimi bir dövlətin önündə durmuşdu. Onun üçün müstəqillik tarix deyildi, bir tale idi. Artıq Azərbaycan heç kimin kölgəsində yaşamamalıydı. Güclü dövlət təsadüf deyil. O, yaxşı bilirdi ki, güclü dövlət siyasi iradə ilə qurulmalı, iqtisadi müstəqilliklə möhkəmlənməli, güclü ordu ilə qorunmalıdır. Neft onun üçün sərvət yox, gələcək nəsillər üçün iqtisadi inkişaf idi. Qarabağ mövzusu isə onun çıxışlarında ayrıca bir qırmızı xətt olaraq keçirdi. Zaman keçdi. Dövr dəyişdi. Hamı gördü ki, Heydər Əliyevin keçdiyi siyasi dərsləri yaddaşına həkk edən, onun verdiyi "ev" tapşırıqlarını tarixə çevirən bir ŞAGİRDİ var - İlham Əliyev...

"Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu".

Dünyanı hərbi cəsarəti ilə heyran edən İlham Əliyev indi yer üzünün salamatlığı üçün sülhün qurulmasında birbaşa iştirak edir. Bu gün Azərbaycan böyük sülh layihələrində, o cümlədən, Sülh Şurası kimi mötəbər təsisatda təsisçi üzv qismində təmsil olunur. Güclü dövlət yalnız qalib gəlməyi deyil, qalib mövqedən sülh qurmağı da bacarmalıdır.

"Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur".

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında keçirilən danışıqlar faktiki olaraq heç bir nəticə vermir. Qəzza zolağında gərginlik davam edir. Venesuelanın sərvəti xalqına bədbəxtlik gətirir. Qrenlandiya müstəqilliyini itirmək təhlülkəsi ilə üz-üzədir. Azərbaycan dövləti isə sülhün tərəfdarı olduğunu bərbəzəkli cümlələrlə demir. Dünyanın dörd bir tərəfində davam edən müharibə və müahisələrin, qeyri-müəyyənliklərin fonunda Azərbaycandan Ermənistana neft məhsulları göndərməklə açıq şəkildə niyyətini bəyan edir.

"Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur".

Bütün bu reallıqlar bir həqiqəti aydın göstərir: Azərbaycan bu gün hadisələrin axarı ilə sürüklənən yox, prosesləri yönəldən dövlətdir. Gücünü təkcə hərbi qələbədən deyil, siyasi uzaqgörənlikdən və prinsipial mövqedən alan bu dövlət regionda sülhü seçim yox, strategiya kimi təqdim edir.

"Enerji sektoruna gəldikdə, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir".

Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın əsas maliyyə resurslarını və siyasi institutlarını təmsil edən yüksək çinli rəsmilərlə keçirdiyi 19 görüş heyratamizdir. Bu, Azərbaycanın beynəlxalq gündəmdə tutduğu yerin real göstəricisidir.  Müzakirələrin mərkəzində siyasi dialoqla yanaşı enerji təhlükəsizliyi, investisiya imkanları, logistika və regional əməkdaşlıq məsələləri dayanırdı. Davos platforması bir daha göstərdi ki, Azərbaycan qlobal siyasi və iqtisadi proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunur.

Zaman keçib. Dövr dəyişib. Bu dəfə Prezidentin "Davos dərsləri"nə daha bir nəfər qulaq asırdı – MÜƏLLİM Heydər Əliyev...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Yanvar 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri