Icma.az
close
up
RU
Beynəlxalq fotomüsabiqənin qalibləri elan olundu

Beynəlxalq fotomüsabiqənin qalibləri elan olundu

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın himayəsi, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, həmçinin beynəlxalq müstəvidə tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilən “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə yekunlaşıb. SİA-nın xəbərinə görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində 18 yaşadək uşaq və yeniyetmələr üçün 11 oktyabr-2 noyabr tarixləri arasında keçirilmiş “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyıb, həmçinin gəncləri təbiətin gözəlliyi, eləcə də çirklənmə və iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət edib.

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında baş tutan və 3000-dək fotoşəklin təqdim olunduğu müsabiqədə ümumilikdə 11 namizəd mükafatlandırılıb. 10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan olan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb və hədiyyələrlə mükafatlandırılıb. Eyni kateqoriya üzrə Banqladeş, İran, İrlandiya və Birləşmiş Krallıqdan olan üç fotoqrafa isə yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar və “Reza Visual Academy”-nin təsisçisi tərəfindən şəxsi mentorluq təqdim olunub.10 yaşadək kateqoriya üzrə isə Türkiyə, İsveçrə, Fransa və İrandan olan ilk beş finalçı mükəmməl təqdimatlarına görə həm münsiflər heyəti, həm də “Reza Visual Academy”, “Degati Agency” və “Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiq görülüblər.

Ümumilikdə Azərbaycanla yanaşı ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, Norveç, İtaliya, Danimarka, Avstriya, İrlandiya, Macarıstan, Estoniya, Albaniya, Türkiyə, Malta, Pakistan, Əfqanıstan, İran, Gürcüstan, Ukrayna, Rusiya, Avstraliya, Hindistan, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Misir, Əlcəzair, Anqola, Ekvador, Efiopiya, Nigeriya, Nepal, Cənubi Afrika, İndoneziya, Malayziya, Myanma, Filippin, Şri-Lanka, Tayvan, Banqladeş, Kamerun, Meksika və Vyetnamdan beynəlxalq fotomüsabiqədə iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olub. Namizədlər müsabiqə çərçivəsində iqlim dəyişmələri ilə bağlı məlumatlılığı artırmaq, potensial həll yollarını vurğulamaq və planetimizi qorumaq üçün məsuliyyət hissini bölüşmək məqsədilə maraqlı fotoşəkillərdən istifadə ediblər.

Qaliblərin, eləcə də digər iştirakçıların fotoşəkilləri noyabrın 18-də saat 19:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə nümayiş etdiriləcək. COP29-da iştirak edən çoxsaylı beynəlxalq qonaqların da sərgiyə qatılması gözlənir. Təbiətin gözəlliyi və ekoloji problemlərin aktuallığını əks etdirən bu diqqətəlayiq işlər müsabiqənin rəsmi veb-saytında da təqdim olunacaq.

Daha ətraflı məlumat əldə etmək və qalib fotoşəkillərlə tanış olmaq üçün https://childreneyes.earth veb-saytına daxil ola, suallarınızı [email protected] e-poçt ünvanına yönləndirə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Noyabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see137

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see129

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see120

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110

Ermənistan klubu ilə oyunlara görə 10 illik cəza aldılar

17 İyul 2025 09:55see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri