Icma.az
close
up
RU
Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir təşkil olunub

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir təşkil olunub

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) maliyyə dəstəyi ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir təşkil edilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman bu il Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 76-cı ildönümünün qeyd edildiyini, bu sənədin dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbət mənada dəyişməsinə səbəb olduğunu bildirib.Müvəkkil hazırda dünya ictimaiyyətinin insan hüquqlarının kütləvi pozulması hallarına biganə qaldığını, dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş bir sıra dövlətlərin hələ də öz azadlıqları və ədalətin bərpa olunması uğrunda mübarizə aparmaqda davam etdiyini söyləyib.Azərbaycanın da ikili standartlardan əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edən S.Əliyeva Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığını, həmin ərazilərdə şəhər və kəndlərin, tarixi, mədəni abidələrin dağıdıldığını, bir çox flora və fauna növlərinin məhv edildiyini, torpaqlarımızın minalarla çirkləndirildiyini diqqətə çatdırıb.Ombudsman cari ildə insan hüquqlarının, xüsusilə də sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyini bildirən Müvəkkil bu çərçivədə Ombudsman Aparatı tərəfindən Ombudsmanların Beynəlxalq Bakı Forumunun, eləcə də “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirənin keçirildiyini söyləyib.Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində rəsm müsabiqəsinin münsiflər heyətinin rəhbəri kimi Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov da iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri