Icma.az
close
up
RU
Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışçılar günün əhəmiyyətindən və insan hüquqlarının qorunmasının vacibliyindən danışıblar.

K.Mabuçi vurğulayıb ki, qadın və qızlara qarşı zorakılıq insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri olaraq qalmaqdadır: "Bu dövrdə bizi birləşdirən universal dəyərlərə daha güclü şəkildə sadiq qalmalıyıq. Ümumi bəşəriyyətimizi qorumaq hər birimizin məsuliyyətidir. Buna görə də bu ilin əsas çağırışı insan hüquqları, həyatımızın fundamental dəyərləri və cəmiyyətin rifahı kimi vacib mövzulara diqqəti artırmaq olmalıdır".

A.Səfixanlı bildirib ki, Azərbaycanda hüquqlar yalnız bəyan edilməklə kifayətlənməmiş, onların müdafiəsi istiqamətində addımlar atılmış və çoxsəviyyəli hüquq müdafiə mexanizmləri yaradılmışdır: "Artıq iyirmi üç ildir Azərbaycanda hər kəsin hüquqlarını qorumağa yönəlmiş Ombudsman təsisatı fəaliyyət göstərir".

Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciətləri dinlənilib.

Tədbirdə, həmçinin Ombudsman tərəfindən "Konstitusiya və Suverenlik medianın gözü ilə" və "Konstitusiya və Suverenlik uşaqların gözü ilə" mövzularında elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri