Icma.az
close
up
RU
Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir təşkil olunub YENİLƏNİB FOTOLAR Yeni Gündəm

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir təşkil olunub YENİLƏNİB FOTOLAR Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) maliyyə dəstəyi ilə 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir təşkil edilib.

”Yeni Gundem” xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman bu il Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 76-cı ildönümünün qeyd edildiyini, bu sənədin dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbət mənada dəyişməsinə səbəb olduğunu bildirib.

Müvəkkil hazırda dünya ictimaiyyətinin insan hüquqlarının kütləvi pozulması hallarına biganə qaldığını, dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş bir sıra dövlətlərin hələ də öz azadlıqları və ədalətin bərpa olunması uğrunda mübarizə aparmaqda davam etdiyini söyləyib.

Azərbaycanın da ikili standartlardan əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edən S.Əliyeva Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığını, həmin ərazilərdə şəhər və kəndlərin, tarixi, mədəni abidələrin dağıdıldığını, bir çox flora və fauna növlərinin məhv edildiyini, torpaqlarımızın minalarla çirkləndirildiyini diqqətə çatdırıb.

Ombudsman cari ildə insan hüquqlarının, xüsusilə də sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyini bildirən Müvəkkil bu çərçivədə Ombudsman Aparatı tərəfindən Ombudsmanların Beynəlxalq Bakı Forumunun, eləcə də “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirənin keçirildiyini söyləyib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində rəsm müsabiqəsinin münsiflər heyətinin rəhbəri kimi Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov da iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 10 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri