Beynəlxalq konfransda Azərbaycan xalqının faşizm üzərində Qələbəyə verdiyi tarixi töhfələrdən danışılıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 1 may, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyi ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən beynəlxalq konfransda çıxış edib.
Təşkilatın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, C.Xəlilov çıxışında Azərbaycan xalqının faşizm üzərində Qələbəyə verdiyi tarixi töhfələrdən, Bakı neftçilərinin fədakar əməyindən, azərbaycanlı döyüşçülərin qəhrəmanlığından bəhs edib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atıb, faşizm üzərində Qələbədə həlledici rol oynayıb.
O, Prezident İlham Əliyevin bütün kateqoriyadan olan veteranlar kimi İkinci Dünya müharibəsi veteranlarına da böyük qayğı göstərdiyini vurğulayıb.
Təşkilat sədri Azərbaycanlı döyüşçülərin xatirəsinin Rusiya və digər ölkələrdə əbədiləşdirilməsinin vacibliyinə toxunub. Qeyd edib ki, azərbaycanlılar sadəcə keçmiş SSRİ ölkələrinin deyil, bir çox Şərqi Avropa ölkəsinin faşist işğalından azad edilməsində mühüm rol oynayıb: “Bu baxımdan onların adının bu ölkələrdə əbədiləşdirilməsi tarixi ədalətin təmin edilməsi baxımından zəruridir”.
C.Xəlilov Moskva şəhərinin veteran fəalları ilə də görüşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 01 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















