Icma.az
close
up
RU
Beynəlxalq konfransda islamofobiya ilə mübarizədə süni intellekt sistemlərinin rolu müzakirə edilib

Beynəlxalq konfransda islamofobiya ilə mübarizədə süni intellekt sistemlərinin rolu müzakirə edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans açılış mərasimindən sonra işini panel və plenar iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, “TRT World” Tədqiqat Mərkəzinin direktoru, “TRT World” Forumunun memarı Tarek Çərkəvinin moderatorluğu ilə keçirilən panel iclasda “İslamofobiya media və rəqəmsal məkanlarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər” mövzusu müzakirə edilib.

Qətər Hökumət Media Mərkəzinin direktoru Eyman Əl-Kaabi süni intellektin alqoritmlər əsasında işləyən sistem olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu, bəzən insanlardakı qərəzləri təkrar edir və daha geniş şəkildə yayır. Əgər bir model islamofob məzmunla öyrədilibsə, o zaman bu qərəzli informasiyanı sosial mediada, axtarış nəticələrində və hətta hüquq-mühafizə sistemlərində təkrar istehsal edə bilər. Müsəlman adları ilə bağlı axtarışlarda mənfi nəticələrin önə çıxması və ya avtomatik filtrlərdə müsəlman geyimi və simvollarının “şübhəli” kimi işarələnməsi artıq qeydə alınmış hallardır. Bu hallar süni intellektin neytral deyil, insan qərəzlərindən təsirləndiyini sübut edir.

“Bunun qarşısını almaq üçün etik alqoritmlər, diversifikasiya olunmuş təlim məlumatları və nəzarət mexanizmləri vacibdir. Rəqəmsal məkan yalnız texnologiya ilə deyil, ədalət və bərabərlik prinsipləri ilə də idarə olunmalıdır. Unutmayaq ki, texnologiya bizi bölmək üçün deyil, birləşdirmək üçün olmalıdır”, - deyə Qətər Hökumət Media Mərkəzinin direktoru bildirib.

İƏT Xəbər Agentlikləri Birliyinin Media müşaviri və məsləhətçisi Alzubir Al-Ansari qeyd edib ki, Azərbaycanda multikulturalizm təkcə rəsmi konsepsiya deyil, həm də real həyatın bir parçasıdır. Dinindən, milliyyətindən asılı olmayaraq hər bir insan cəmiyyətin ayrılmaz hissəsi kimi qəbul olunur. Bu model təkcə regionda deyil, bütün dünyada təqdirəlayiq nümunə ola bilər. Onun sözlərinə görə, Fransada bunun tam əksi müşahidə edilir. Orada islamofobiya təkcə sosial münasibətlər səviyyəsində deyil, həm də siyasi ritorikada və qərar qəbuletmə proseslərində özünü göstərir. Bu ideologiyanın artmasının əsas səbəblərindən biri, bəzi dairələrin islamofobiyadan siyasi alət kimi istifadə etməsidir. Populist siyasətçilər müsəlman azlıqların hədəfə alınması ilə ictimai narazılığı yönləndirməyə və seçici dəstəyini qazanmağa çalışırlar.

“Biz inanırıq ki, dini və mədəni müxtəliflik zəiflik deyil, cəmiyyətin güc mənbəyidir. Sülh və qarşılıqlı hörmət əsasında qurulan birgəyaşayış mümkündür və davamlı inkişaf üçün əsasdır”, - deyə Alzubir Al-Ansari əlavə edib.

AnewZ TV-nin icraçı direktoru Rüfət Həmzəyev vurğulayıb ki, müasir dövrdə informasiya texnologiyaları və süni intellekt sistemləri informasiya yayımında mühüm rol oynayır. Təəssüf ki, bu texnologiyalar bəzən insan hüquqlarına və dini dözümlülüyə qarşı təhlükəyə çevrilir.

Onun sözlərinə görə, süni intellekt sistemləri müəyyən dairələrin hazırladığı qərəzli və nifrət dolu çıxışları təkrar istehsal edir və geniş auditoriyaya yayır. Sosial şəbəkələrdə islamofobiya ilə zəngin paylaşımlar artıq adi hala çevrilib. Bu isə cəmiyyətlər arasında parçalanmanı dərinləşdirir, nifrət nitqini və dezinformasiyanı təşviq edir.

R.Həmzəyev qeyd edib ki, Ermənistanın dindən istifadə etməsi və son münaqişələr zamanı bu çərçivədə yaydığı saxta xəbərlər bunun bariz nümunəsidir. Onlar dezinformasiya yolu ilə beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar. “Belə təxribatçı yanaşmalara qarşı yalnız faktlarla, obyektivliklə və birlikdə mübarizə aparmaq mümkündür. İnformasiya savaşında doğru və ədalətli mövqe ən güclü silahımızdır”, - deyə Rüfət Həmzəyev əlavə edib.

Əl-Cəzirə Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Muxtar Əl-Xəlil bildirib ki, süni intellekt, təbii ki, obyektiv və ədalətli olmalıdır. Ancaq təəssüf ki, reallıqda belə deyil. Bu sahədə qərəzli hallara rast gəlirik. Müsəlman sözü tez-tez “terror”, “şiddət” və digər neqativ anlayışlarla əlaqələndirilir. Alqoritmlərin qurulmasında istifadə olunan dini məlumatlar çox zaman islamofobik təsəvvürlərə əsaslanır. Bu da nəticədə, müsəlmanlara qarşı yanlış və zərərli fikirlərin yaranmasına səbəb olur.

Onun sözlərinə görə, daha narahatedici məqam odur ki, bu cür qərəz yalnız müsəlmanlara qarşı müşahidə olunur. Digər dinlər və icmalarla bağlı bu dərəcədə sistemli ayrı-seçkilik görünmür. Bu isə süni intellektin məqsədli şəkildə istifadə olunduğuna işarədir. Xüsusilə Hindistan kimi bəzi ölkələrdə süni intellekt vasitəsilə müsəlmanlara qarşı qərəzli və təhlükəli təsəvvürlərin yayılması müşahidə olunur.

Fransız jurnalist, geopolitoloq Jan-Mişel Brun isə İslam anlayışının bəzən yanlış şəkildə terrorçuluqla əlaqələndirildiyinə diqqət çəkib. O qeyd edib ki, bu, cəmiyyətdə İslama qarşı qorxu və şübhə yaradır. “Müsəlmanlar hazırda Fransada say baxımından beşinci əhali qrupudur. Azlıq onların səsinin eşidilməməsinə səbəb olur. Təəssüf ki, fransız müsəlmanlarını müdafiə etmək üçün göstərilən səylər tez-tez nəticəsiz qalır, çünki ictimai fikirdəki qərəz dərin kök salıb. Bu vəziyyəti dəyişmək üçün bizə güclü və obyektiv media lazımdır. Media vasitəsilə biz maarifləndirməni artıra, İslamın və müsəlman mədəniyyətinin incəliklərini, zəngin mənəvi və mədəni irsini cəmiyyətə düzgün şəkildə təqdim edə bilərik. İnsanlar fərqlilikdən qorxmamalı, onu anlamalı və qəbul etməyi öyrənməlidirlər”, - deyə fransız jurnalist əlavə edib.

Panel iclas mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri