Icma.az
close
up
RU
Beynəlxalq konqresin iştirakçılarına MEK in rəqəmsallaşma təcrübəsi barədə məlumat verilib

Beynəlxalq konqresin iştirakçılarına MEK in rəqəmsallaşma təcrübəsi barədə məlumat verilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

MEK-in direktoru Hüseyn Hüseynov Özbəkistanda keçirilən beynəlxalq konqresdə çıxış edib

Bakı, 14 noyabr, AZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Mərkəzi Asiya: Ümumi mənəvi - maarifçilik irsi - ümumi gələcək” adlı beynəlxalq konqresdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və MEK-in Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mübariz Göyüşov iştirak ediblər.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Forumda Mərkəzi Asiya ölkələrindən və Azərbaycandan elm və mədəniyyət xadimlərinin, din nümayəndələrinin, yazıçıların, incəsənət və kino sahəsinin tanınmış simalarının, yazıçılar birliklərinin və kitabxana rəhbərlərinin, eləcə də gənclər liderlərinin iştirakı ilə sessiyalar keçirilib.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov konqresdə “Elektron kitabxanalar və rəqəmsal irs: texnologiyalar mədəniyyəti necə dəyişir” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində müasir kitabxanaların inkişaf istiqamətləri, rəqəmsallaşma prosesləri və rəqəmsal irsin qorunması məsələlərinə toxunub. Hüseyn Hüseynov qeyd edib ki, kitabxanalar artıq ənənəvi anlayış çərçivəsindən çıxaraq informasiya-kommunikasiya mərkəzlərinə çevrilir. Elektron kataloqlar, rəqəmsal arxivlər və interaktiv xidmətlər müasir kitabxana fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.

Çıxışda vurğulanıb ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası bu istiqamətdə ölkədə qabaqcıl təcrübə formalaşdırıb. MEK-də həyata keçirilən rəqəmsallaşdırma layihələri, Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi, elektron kataloqlar, onlayn sifariş və sənəd çatdırılması xidmətləri, oxucu rəyləri və elektron sərgilər, eləcə də beynəlxalq verilənlər bazalarına çıxış imkanları barədə ətraflı məlumat təqdim olunub.

Direktor bildirib ki, hibrid kitabxanaların-ənənəvi fondlarla rəqəmsal texnologiyaların sintezinin inkişafı rəqəmsal humanitar elmlərin formalaşmasına və biliklərin daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.

Konfransda, həmçinin rəqəmsal irsin qorunması, məlumatların uzunmüddətli saxlanması, beynəlxalq standartların tətbiqi və müəllif hüquqlarının təmin olunması məsələləri müzakirə edilib.

Tədbir zamanı MEK-in direktoru Özbəkistan televiziyasına müsahibə də verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri