Icma.az
close
up
RU
Beynəlxalq tədbirdə Azərbaycanın iqlim, rəqəmsallaşma və kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri barədə məlumat verilib

Beynəlxalq tədbirdə Azərbaycanın iqlim, rəqəmsallaşma və kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri barədə məlumat verilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 sentyabr, AZƏRTAC

Türkiyənin paytaxtı Ankarada BMT-nin Ətraf Mühit üzrə Qlobal Ətraf Mühit Fondu (GEF) və Qlobal İqlim Fondu (GCF) çərçivəsində Regional Planlaşdırma Görüşü keçirilib. Tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Leyla Cabbarlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müavini Yaşar Kərimov, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İqlim Diplomatiyası İdarəsinin nümayəndəsi Şəms Hüseynova təmsil ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan nümayəndələr, beynəlxalq təşkilatların ekspertləri və donor qurumların təmsilçiləri iştirak ediblər.

Ankara görüşünün əsas məqsədi GEF və GCF çərçivəsində yeni maliyyə imkanlarının müzakirəsi, regional və milli təşəbbüslərin uyğunlaşdırılması və tərəfdaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsidir.

Tədbirin ilk iki günü ərzində AKİA-nın sədr müavini Leyla Cabbarlı müxtəlif panellərdə çıxış edərək Azərbaycanın iqlim, rəqəmsallaşma və kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri barədə 15-dən çox ölkədən olan iştirakçılara geniş məlumat verib. AKİA-nın sədr müavini “Süni intellekt əsaslı layihələr: EKTİS və digər AI yönümlü həllər vasitəsilə erkən xəbərdarlıq sistemləri, məhsuldarlığın proqnozlaşdırılması, resursların optimallaşdırılması”, “Su ehtiyatlarının idarə olunması: İqlim dəyişikliyi fonunda su resurslarının səmərəli istifadəsi, damcı suvarma və müasir idarəetmə texnologiyaları”, “Beynəlxalq əməkdaşlıq: FAO, GEF və GCF ilə birlikdə icra olunan layihələr və onların kənd təsərrüfatında dayanıqlığa təsiri” mövzularında təqdimatlar edib, milli və regional səviyyədə yeni layihə istiqamətləri ilə bağlı təkliflər irəli sürüb. O, çıxışında qadın və gənc fermerlərin dəstəklənməsi, torpaq deqradasiyasına qarşı tədbirlər, ekosistemlərin qorunması və rəqəmsal texnologiyaların, o cümlədən süni zəkanın tətbiqinin genişləndirilməsi məsələlərinə toxunub.

Tədbir iştirakçıları kimyəvi maddələrin və tullantıların idarə olunması, daimi üzvi çirkləndiricilərin (POPs) azaldılması, həmçinin quraqlıq və quraq torpaqlara qarşı mübarizə tədbirləri ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətlərin gələcəkdə GEF, GCF və FAO tərəfindən maliyyələşdirilməsinin zəruriliyini vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri