Beynəlxalq konfransın iştirakçıları MEK in innovativ layihələri barədə məlumatlandırılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Qırğızıstanın paytaxtı Bişkek şəhərində “İnformasiya cəmiyyətində yaddaş institutları, kitab və oxu” mövzusunda IV beynəlxalq konfrans keçirilib. Tədbir Qırğız Respublikasının Milli Tarix Muzeyinin 100 illik yubileyinə həsr olunub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri Natəvan Hacıyeva “Azərbaycanın akademik irsinin qorunması və onun təkmilləşdirilməsi yolları” mövzusunda məruzə ilə çıxış edib.
Natəvan Hacıyeva çıxışında MEK-in 100 illik yubileyini vurğulayaraq kitabxananın son illərdə həyata keçirdiyi innovativ layihələr, rəqəmsallaşdırma istiqamətində görülən işlər və elmi irsin qorunması sahəsində nailiyyətlər barədə iştirakçılara məlumat verib.
Konfrans çərçivəsində yaddaş institutlarının rəqəmsal transformasiyası, mədəni irsin qorunması və qlobal informasiya cəmiyyətində mütaliənin təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 14 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















