Icma.az
close
up
RU
Beynəlxalq nəşrlər və elmi reputasiya: indeksli jurnal tələsi

Beynəlxalq nəşrlər və elmi reputasiya: indeksli jurnal tələsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu nəşrlər Azərbaycan elminə nə qazandırır?

İndi elm adamları və tədqiqatçılar arasında beynəlxalq indeksli jurnallarda məqələ çap etdirmək o qədər aktuallaşıb ki, elm sahəsində çalışan hər bir alim üçün məqsədə çevrilib. Doğrudan da   beynəlxalq elmi cəmiyyətlər tərəfindən tanınmış jurnallarda dərc olunmaqla beynəlxalq arenaya çıxmaq və digər tədqiqatçılar tərəfindən asanlıqla tapıla, oxuna və sitat gətirilə bilən vasitədir. Həmçinin, bu, akademik karyera və elmi reputasiya üçün də əhəmiyyətlidir, çünki indeksli jurnallarda dərc olunan işlər tez-tez elmi qiymətləndirmələrdə, məsələn, professorluq, dissertasiya müdafiəsində və elmi layihə müraciətlərində nəzərə alınır.

Bu sahədə elm adamları və tədqiqatçıların daha geniş məlumatlandırılması üçün BDU-nun kafedra müdiri, professor Arif Səlimovun məqləsini təqdim edirik.

Beynəlxalq indeksli jurnallarda dərc olunmanın önəmi bir neçə cəhətdə özünü göstərir. Bu jurnallar ciddi ekspert rəyindən keçir, bu da məqalənin etibarlılığını təmin edir. Məqalə dünya elmi ictimaiyyətinə açıq olur və digər tədqiqatçılar tərəfindən sitat gətirilə bilər. Nəticədə, belə bir məqalənin dərc olunması akademik dəyər qazanmağa kömək edir və elmi dərəcə, elmi ad və elmi layihələr üçün göstərici kimi istifadə olunur.

Beynəlxalq indeksli jurnallarda məqalələrin çap olunması, həm də ölkənin elmi səviyyəsini dünyaya tanıtmaq və tədqiqatçıların fəaliyyətini artırmaq üçün önəmli alətlərdən biridir. Lakin hər jurnal elmi keyfiyyət və prestiji ilə yüksək  səviyyəyə malik deyil. Bəzi pullu və sürətli nəşr edilən jurnallarda məqalələrin çap olunması elmi potensialın imicinə heç də xeyir vermir və uğur gətirmir. 

Azərbaycan alimlərinin yalnız məhdud bir qismi beynəlxalq elmi mühitdə yüksək nüfuza malik jurnallarda keyfiyyətli araşdırmalarını dərc etdirməklə ölkənin elmi reputasiyasının güclənməsinə töhfə verir. Digər bir qrup tədqiqatçı isə əsasən pullu jurnallara yönəlməklə formalaşmaqda olan müsbət imicə real və davamlı təsir göstərə bilmirlər.

Bu baxımdan, alimlərin çap fəaliyyətlərinin təhlili və təlimatlandırılması vacibdir. Mətbutda dərc edilən əvvəlki yazılarda məsləhət olunmayan jurnalları üç və dördüncü sinfə ayırmış və ictimaiyyətlə paylaşmışdıq. İndi isə diqqəti 3-cü sinfin ən “parlaq” nümunəsi olan MDPI (Çoxşaxəli Rəqəmsal Nəşriyyat İnstitutu) jurnalları haqqında məlumat vermək istəyirəm.  

MDPI jurnalları İsveçrədə mərkəzləşmiş və açıq şəkildə pul  qarşılığında məqalə çap etdiklərini bildirən bir qurumdur. Onların 100-ə yaxın jurnalı Web of Science-da, 300-ə yaxın jurnalı isə Scopus-da indekslənmişdir. Sürətli çap imkanları və aşağı giriş baryerləri bu jurnalları bəzi tədqiqatçılar üçün cəlbedici edir. Lakin dünyanın bir sıra qabaqçıl ölkələri MDPI jurnallarında çap olunan məqalələrə görə təşviq, mükafat, elmi dərəcə və adların verilməsində məhdudiyyətlər tətbiq etmişdir.

Azərbaycan alimlərinin MDPI  jurnallarında fəaliyyətinin təhlili göstərir ki, 727 məqalə müxtəlif sahələrdə çap olunmuşdur və müəlliflər doktorantlardan professorlara qədər müxtəlif elmi səviyyələri əhatə edir (https://www.mdpi.com/search?sort=pubdate&page _count=100&year _from=1996&year_to=2025&authors=Azerbaijan&view=default). Eyni zamanda, bəzi məqalələrdə Azərbaycan universitetlərinin adının keçdiyi  xarici müəlliflər də iştirak edir.

Düşünürəm ki, elm və təhsil qurumlarımız qeyd olunan məsələni ciddi şəkildə təhlil etməli, MDPI və buna bənzər jurnallarda Azərbaycan alimlərinin nəşr fəaliyyətinə obyektiv qiymət verməli, bu nəşrlərin ölkəmizin beynəlxalq elmi nüfuzuna təsirini ortaya qoymalı və müvafiq qurumlar üçün əsaslandırılmış strateji tövsiyələr hazırlamalıdır.

Arif SƏLİMOV

Əməkdar elm xadimi,

Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nin Riyaziyyat

və Mexanika üzrə Ekspert Şurasının sədri, BDU-nun "Cəbr və həndəsə"

kafedrasının müdiri, Fizika-riyaziyyat elmləri doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri