Icma.az
close
up
RU
Beynəlxalq nəşrlər və elmi reputasiya: indeksli jurnal tələsi

Beynəlxalq nəşrlər və elmi reputasiya: indeksli jurnal tələsi

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bu nəşrlər Azərbaycan elminə nə qazandırır?

İndi elm adamları və tədqiqatçılar arasında beynəlxalq indeksli jurnallarda məqələ çap etdirmək o qədər aktuallaşıb ki, elm sahəsində çalışan hər bir alim üçün məqsədə çevrilib. Doğrudan da beynəlxalq elmi cəmiyyətlər tərəfindən tanınmış jurnallarda dərc olunmaqla beynəlxalq arenaya çıxmaq və digər tədqiqatçılar tərəfindən asanlıqla tapıla, oxuna və sitat gətirilə bilən vasitədir. Həmçinin bu, akademik karyera və elmi reputasiya üçün də əhəmiyyətlidir, çünki indeksli jurnallarda dərc olunan işlər tez-tez elmi qiymətləndirmələrdə, məsələn, professorluq, dissertasiya müdafiəsində və elmi layihə müraciətlərində nəzərə alınır.

Bu sahədə elm adamları və tədqiqatçıların daha geniş məlumatlandırılması üçün BDU-nun kafedra müdiri, professor Arif Səlimovun məqaləsini təqdim edirik.

Beynəlxalq indeksli jurnallarda dərc olunmanın önəmi bir neçə cəhətdə özünü göstərir. Bu jurnallar ciddi ekspert rəyindən keçir, bu da məqalənin etibarlılığını təmin edir. Məqalə dünya elmi ictimaiyyətinə açıq olur və digər tədqiqatçılar tərəfindən sitat gətirilə bilər. Nəticədə, belə bir məqalənin dərc olunması akademik dəyər qazanmağa kömək edir və elmi dərəcə, elmi ad və elmi layihələr üçün göstərici kimi istifadə olunur.

Beynəlxalq indeksli jurnallarda məqalələrin çap olunması, həm də ölkənin elmi səviyyəsini dünyaya tanıtmaq və tədqiqatçıların fəaliyyətini artırmaq üçün önəmli alətlərdən biridir. Lakin hər jurnal elmi keyfiyyət və prestiji ilə yüksək səviyyəyə malik deyil. Bəzi pullu və sürətli nəşr edilən jurnallarda məqalələrin çap olunması elmi potensialın imicinə heç də xeyir vermir və uğur gətirmir.

Azərbaycan alimlərinin yalnız məhdud bir qismi beynəlxalq elmi mühitdə yüksək nüfuza malik jurnallarda keyfiyyətli araşdırmalarını dərc etdirməklə ölkənin elmi reputasiyasının güclənməsinə töhfə verir. Digər bir qrup tədqiqatçı isə əsasən pullu jurnallara yönəlməklə formalaşmaqda olan müsbət imicə real və davamlı təsir göstərə bilmirlər.

Bu baxımdan, alimlərin çap fəaliyyətlərinin təhlili və təlimatlandırılması vacibdir. Mətbuatda dərc edilən əvvəlki yazılarımda məsləhət olunmayan jurnalları üç və dördüncü sinfə ayırmış və ictimaiyyətlə paylaşmışdıq. İndi isə diqqəti 3-cü sinfin ən “parlaq” nümunəsi olan MDPI (Çoxşaxəli Rəqəmsal Nəşriyyat İnstitutu) jurnalları haqqında məlumat vermək istəyirəm.

MDPI jurnalları İsveçrədə mərkəzləşmiş və açıq şəkildə pul qarşılığında məqalə çap etdiklərini bildirən bir qurumdur. Onların 100-ə yaxın jurnalı Web of Science-da, 300-ə yaxın jurnalı isə Scopus-da indekslənmişdir. Sürətli çap imkanları və aşağı giriş baryerləri bu jurnalları bəzi tədqiqatçılar üçün cəlbedici edir. Lakin dünyanın bir sıra qabaqçıl ölkələri MDPI jurnallarında çap olunan məqalələrə görə təşviq, mükafat, elmi dərəcə və adların verilməsində məhdudiyyətlər tətbiq etmişdir.

Azərbaycan alimlərinin MDPI jurnallarında fəaliyyətinin təhlili göstərir ki, 727 məqalə müxtəlif sahələrdə çap olunmuşdur və müəlliflər doktorantlardan professorlara qədər müxtəlif elmi səviyyələri əhatə edir (https://www.mdpi.com/search?sort=pubdate&page _count=100&year _from=1996&year_to=2025&authors=Azerbaijan&view=default). Eyni zamanda, bəzi məqalələrdə Azərbaycan universitetlərinin adının keçdiyi xarici müəlliflər də iştirak edir.

Düşünürəm ki, elm və təhsil qurumlarımız qeyd olunan məsələni ciddi şəkildə təhlil etməli, MDPI və buna bənzər jurnallarda Azərbaycan alimlərinin nəşr fəaliyyətinə obyektiv qiymət verməli, bu nəşrlərin ölkəmizin beynəlxalq elmi nüfuzuna təsirini ortaya qoymalı və müvafiq qurumlar üçün əsaslandırılmış strateji tövsiyələr hazırlamalıdır.

Arif SƏLİMOV


Əməkdar elm xadimi,

Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nin Riyaziyyat və Mexanika üzrə Ekspert Şurasının sədri, BDU-nun "Cəbr və həndəsə" kafedrasının müdiri, Fizika-riyaziyyat elmləri doktoru, professor


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Dekabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri