Icma.az
close
up
RU
Beynəlxalq Qarabağ Təşkilatının Həmrəylik Günü münasibətilə tədbirində hansı məsələlər müzakirə olunacaq?..Akif Nağı

Beynəlxalq Qarabağ Təşkilatının Həmrəylik Günü münasibətilə tədbirində hansı məsələlər müzakirə olunacaq?..Akif Nağı

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verildiyi kimi, Beynəlxalq Qarabağ Təşkilatının Azərbaycandan  koordinatoru olan Akif Nağının təklifi ilə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə onlayn formatda əhatəli tədbir təşkil olunacaq.

Bəs Beynəlxalq Qarabağ Təşkilatının gözlənilən tədbirində konkret hansı məsələlərin müzakirə ediləcəyi gözlənilir?

Təşkilatın koordinatoru, AzVP sədri Akif Nağı Moderator.az-ın bu sualına aşağıdakı cavabı verib:

“Təbii ki, tədbirimiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Bu dəfə tədbirimizi yeni bir formatda keçiririk.  Onun üç hissədə, üç istiqamətdə keçirilməsi nəzərdə tutulub; birincisi, rəsmi çıxışlar, ikincisi, mövzuya uyğun olan şeirlərin deyilməsi, üçüncüsü isə canlı musiqilərin, mahnıların səslənməsi... 

Ötən dəfə biz Aşıq Ələsgərin ictimai-siyasi fəaliyyəti ilə belə bir tədbir keçirdik.  Maraqlı bir forma oldu. Bu dəfə də eyni forma, amma, təbii ki, başqa məzmunlu tədbir keçiriləcək. Yəni Həmrəylik Gününün tarixi,  yaranması, əhəmiyyəti, mahiyyəti və s. haqda bəhs ediləcək. Bu istiqamətdə məsələn, bir nəfər Azərbaycandan, bir nəfər Türkiyədən, bir nəfər Rusiyadan, bir nəfər Gürcüstandan, bir nəfər Avropadan çıxış edəcək. Yəni bu, soydaşlarımızın tədbiri olduğu üçün ilk növbədə onların bu bayramın tarixi, mahiyyəti, onun qeyd olunmasının əhəmiyyəti haqda fikirlərini söyləməsinə şərait yaradılacaq... 

İndiyədək Həmrəylik Gününün qeyd olunmasının dünyadakı azərbaycanlıların bir araya gəlməsi baxımından çox böyük əhəmiyyəti olub. Və bu ənənə bundan sonra da davam etdirilməlidir. Artıq xaricdəki soydaşlarımız hər il Həmrəylik Günündə həmin bayramı xüsusi olaraq  yadda qalan, effektli bir tədbirlə qeyd etməyi özləri üçün Vətən, dövlət qarşısında bir borc hesab edirlər. Yəni tədbir xatirinə tədbir yox, hədəfə nail olmaq məqsədli, mahiyyətə uyğun bir tədbir keçirmək lazımdır. Hədəf də ondan ibarətdir ki, bizim bir dövlətimiz var, dünyada yaşayan bütün azərbaycanlıların bir dövləti var. Yəni Azərbaycan prezidenti bunu dəfələrlə vurğulayıb ki, biz 50 milyon azərbaycanlının dövlətiyik. Və hər kəs də öz yaşadığı məkanda, öz çalışdığı sahədə bu Azərbaycan dövlətini qorumalıdır... 

Bilirsiz ki, Azərbaycan dövlətinə qarşı çoxlu hücumlar var, bu cür hücumların qarşısını almaq,  Azərbaycan xalqının birləşməsi, konsolidaiya olunması üçün bu cür məqamlardan istifadə olunmalıdır. Və xüsusən o da qeyd olunmalıdır ki, vaxtilə 1989-cu ildə Azərbaycan xalqı Rusiya imperiyasına qarşı mübarizəyə qalxdı və  o dövrün bir sıra mətbu orqanları ilboyu keçirdikləri sorğulara əsasən xalqımızı dünyada ilin ən mübariz xalqı elan etdilər. Yəni bu xalq həmin xalqdır. Ona görə də o dövrdə Qərb Azərbaycan xalqının azadlıq mübarizəsinə necə yanaşırdısa, bu gün də torpaqlarını işğaldan azad edəndən sonra yenə də dünyanın xalqı adı verilməlidir xalqımıza... Yəni Avropa, ABŞ dünən Rusiya-sovet imperiyaya qarşı mübarizədə canından, qanından keçən Azərbaycan xalqına hörmətlə yanaşdığı kimi, bu gün də işğalçıya qarşı savaş apararaq öz torpaqlarını azad edib ərazi bütövlüyünü bərpa edən həmin xalqa sayğı nümayiş etdirməlidir.  Tədbirimizin leytmotivi əsasən bu fikirlərdən təşkil olunacaq...

Eyni zamanda tədbirin daha maraqlı keçməsi və yorucu olmaması üçün hər kəsə imkan veriləcək ki, öz ürək sözlərini bildirməklə yanaşı, Həmrəylik Günü ilə bağlı öz fikirlərini şəxsi yaradıcılığı, şeirləri, mahnıları və s. vasitəsi ilə də ifadə etsin...

Bir sözlə, çalışacağıq ki, Beynəlxalq Qarabağ Təşkilatının bu vacib bayramımızla bağlı tədbiri maraqlı, təsirli və yaddaqalan olsun...” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Dekabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri