Icma.az
close
up
RU
Beynəlxalq səyyahlar azad edilmiş ərazilərin biznes potensialını dünyaya çatdırmaq istəyir FOTO

Beynəlxalq səyyahlar azad edilmiş ərazilərin biznes potensialını dünyaya çatdırmaq istəyir FOTO

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağda məni ən çox valeh edən Qarabağ Universiteti idi”.

APA xəbər verir ki, bunu beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfərlərinin yekunları ilə bağlı mətbuat konfransında amerikalı səyyah Douq Keisi bildirib.

“Oradakı tələbələrlə görüşüb söhbət edə bildim. Tələbələr Amerikanın Harvard və başqa universitetlərindəki tələbələrdən daha həvəsli, daha enerjili idilər. Qarabağdakı tələbələr çox fərqli idilər”, - səyyah vurğulayıb.

Portuqaliyadan olan səyyah Joalo Paulo Peixoto da Qarabağ Universitetində tələbələrlə görüşündən danışıb.

“Onlar xoşbəxt idilər, tələbələrdə gələcəklə bağıə arxayınlıq hiss olunurdu”, - portuqaliyalı səyyah əlavə edib.

Almaniyadan olan səyyah Kolja Spori münaqişə zamanı Azərbaycana qarşı ikili standartların olduğunu qeyd edib: “30 ildən çox Azərbaycanın qlobal mediada səsi olmayıb. Siz təcavüzə məruz qalan tərəf olmusunuz, amma ölkənizlə bağlı həqiqətlər olduğu kimi çatdırılmırdı. Ağ Evdə baş tutan üçtərəfli görüşdən sonra isə müəyyən qədər dəyişiklik oldu. Hətta “Wikipedia” münaqişənin tarixi ilə bağlı narrativini dəyişdi. Düzdü tam irəliləyiş olmasa da, bunu 50/50 adlandırmaq olar. Münaqişə dövründə status-kvo həmişə Qərb tərəfindən dəstəklənib”.

Səyyahlar Zəngəzur dəhlizi ilə də bağlı fikirlərini bölüşüblər. Onlar bu dəhlizin əhəmiyyətli olduğunu, regional ticarətə töhfə verəcəyi qənaətində olduqlarını bəyan ediblər.

Eyni zamanda, beynəlxalq səyyahlar azad edilmiş ərazilərdə görülən işləri, o cümlədən buradakı biznes potensialını dünyaya çatdırmaq istədiklərini qeyd ediblər.

Sonda səyyahlar jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, 22 oktyabrda ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahların Qarabağa növbəti səfəri olub. 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunub.

Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət edib.

İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.

Qarabağ və Şərqi Zəngəzurda viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə, 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Azərbaycanın post-münaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axını ilə nəticələnir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri