Beynəlxalq səyyahlar Gəncəsər monastırında
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Beynəlxalq səyyahlardan ibarət nümayəndə heyəti Ağdərəyə səfər edib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi, 13 ölkəni təmsil edən səyyahlar səfər çərçivəsində Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.
Səyyahlara abidənin tarixi, memarlıq xüsusiyyətləri, işğal dövründə kompleksə edilmiş qanunsuz müdaxilələr və bununla bağlı hüquqi məsələlər barədə məlumat verilib.
Bildirilib ki, Xaçınçayın sahilində, hündür və mənzərəli yaylada yerləşən Gəncəsər monastırı Alban memarlığının ən məşhur abidələrindən biridir. 1216–1238-ci illərdə alban knyazı Həsən Cəlalın təşəbbüsü ilə inşa edilən məbəd uzun əsrlər boyu alban katolikosatının mərkəzi, 1836-cı ilədək isə sonuncu alban katolikoslarının iqamətgahı olub.
Qeyd olunub ki, işğal dövründə kompleksin memarlıq quruluşuna və interyerinə müdaxilələr edilib, tarixi daş yazıların, ornament və simvolların bir hissəsi korlanıb və ya dəyişdirilib. Müxtəlif illərdə aparılmış bərpa və yenidənqurma işləri nəticəsində abidənin ilkin görkəminə təsir edən dəyişikliklər baş verib.
Səyyahlara, həmçinin 2024-cü ildə kompleksdə keçirilmiş yerində baxış zamanı qeydə alınan müdaxilə izləri, abidənin tarixi-mədəni mənsubiyyətinin müəyyənləşdirilməsində ilkin mənbələrin, epiqrafik materialların, arxeoloji sübutların və müqayisəli memarlıq təhlilinin əhəmiyyəti barədə məlumat verilib.
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər “Taxt oyunları” serialının filmi çəkiləcək “İRS” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi yayımlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Oktyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















