Icma.az
close
up
RU
Beynəlxalq simpoziumun bölmə iclaslarında Azərbaycan Türkiyə həmrəyliyindən bəhs olunub

Beynəlxalq simpoziumun bölmə iclaslarında Azərbaycan Türkiyə həmrəyliyindən bəhs olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə AMEA-da “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda keçirilən beynəlxalq simpozium iyunun 21-də də bölmə iclasları ilə öz işini davam etdirib.

Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib.

Simpoziumun “Ümumi diplomatiya” adlı bölmə iclası türkiyəli professor Əli Balcının moderatorluğu ilə keçirilib.

Bölmə iclasında Mərmərə Universitetinin professoru Emel Parlar Dal “Qlobal idarəetmədə orta güclərin status axtarışları strategiyaları: Türkiyə nümunəsində”, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri professor Roida Rzayeva “Rəqəmsal diplomatiya və mədəniyyətin simvolik kapitalı”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri dosent Faiq Ələkbərli “Türk birliyi ideyasından Türk Dövlətləri Təşkilatına doğru: tarix və çağdaşlıq” və Mərmərə Universitetinin professoru Emre Erşen “3+3 Məşvərət çərçivəsində Türkiyənin strateji rolu: Cənubi Qafqazda regional dinamikanın balanslaşdırılması” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən elm sahəsində uğurlu inkişafından, iki qardaş dövlətin öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olmasından, Cənubi Qafqazda Azərbaycan-Türkiyə birliyinin müasir geosiyasi şəraitdə əhəmiyyətindən, iki ölkənin xüsusilə rəqəmsal diplomatiya sahəsində yeni və kreativ yanaşmalarla fərqlənməsindən, Azərbaycan-Türkiyə həmrəyliyinin dünya çapında önəmli faktor olmasından bəhs edilib.

Çıxışlarda bildirilib ki, tarixin müxtəlif dövrlərində yaxınlıq münasibətləri və qurulan əlaqələrin inkişaf dinamikası nəticəsində Azərbaycan və Türkiyə haqqında Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi artıq daha çox istifadə edilməyə başlanılıb. Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatlarda, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.

Simpoziumun “Müqayisəli diplomatiya” adlı bölməsi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavərinin moderatorluğu ilə aparılıb.

Bu bölmədə Sərxan Xavərinin “Postmodern “Qrand narrativin sonu” anlayışı kontekstində akkulturasiya və türk milli kimliyi”, Fəlsəfə və Sosiologiya İnstitutunun kiçik elmi işçisi Gültəkin İsmayılovanın “Bir millət, iki dövlət” konsepsiyasının ideoloji əsaslarının psixoloji təkamülü”, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun üzvü professor Ali Balcının “Afrikaya aparan yol: Türkiyə, İran və Səudiyyə Ərəbistanı tərəfindən lider səviyyəli diplomatiya, 1990-2024”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı dosent Südabə Hüseynovanın “Erməni terrorizminin azərbaycanlıların psixoloji durumuna təsiri” və həmin institutun əməkdaşı dosent İradə Zərqanın “Diplomatik əlaqələrdə identifiklik və mədəniyyətin rolu” adlı məruzələri dinlənilib.

Sonra məruzələr üzrə müzakirələr aparılıb. Tarix elmləri doktoru Eynulla Mədətli və başqaları məruzələr ətrafında çıxış ediblər.

Sonda iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb.

Bölmə iclaslarında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri professor Əhməd Nuri Yurdusev, Türkiyənin müxtəlif elmi müəssisə və universitetlərinin nümayəndələri, eləcə də AMEA-nın institut və təşkilatlarının kollektivləri iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri