Icma.az
close
up
RU
Beynəlxalq təcrid vəziyyətində olan Rusiya öz çöküşünü hazırlayır Vahid Tağıyev yazır

Beynəlxalq təcrid vəziyyətində olan Rusiya öz çöküşünü hazırlayır Vahid Tağıyev yazır

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vahid Tağıyev

***

Yekaterinburqda Azərbaycanlılara qarşı rus vəhşiyiyi heç bir məntiqə sığmır. 25 il əvvəl olmuş hansısa bir cinayətə görə Azərbaycanlıların şübhəli bilinərək istintaqsız, məhkəməsiz qətlə yetirilməsi dözülməz, bağışlanılmaz bir haldır. Bu, rus şovinizmi, etnik zəmində tam ayrı- seçkilik və qəddarlıqdır.

Rusiyanın əmək bazarı, iqtisadiyyatı digər ölkələrdən gələn milyonlarla insanın- miqratların hesabına qurulur, formalaşır. Bunu yaxşı bildikləri halda digər millətlərə qarşı bu düşmən münasibət nədir? Axı, illərlə formalaşmış Rusiya miqrantsız mövcud ola, ayaq üstə dura bilməz.

Heç bir beynəlxalq hüququ tanımayan Rusiya Ukrayna ilə müharibədən sonra beynəlxalq təcrid vəziyyətinə düşərək öz məhvinə doğru gedir. Rusiya rəhbərliyinin beynəlxalq nüfuzunun yox olması göz önündədir. Mövcud idarəetmə strukturu ölkə daxilində də apardığı qeyri- insani, hərtərəfli uğursuz siyasət nəticəsində tamamilə gözdən düşür, nifrət doğurur. Ukrayna ilə müharibədə saysız rus gənci döyüşlərdə ölür, bu vəziyyəti görən digər gənclər də ölkəni tərk etməyi üstün tuturlar. Ona görə də cəbhənin canlı tələbatını ödəmək üçün miqrantları birbaşa döyüşlərə cəlb etməyə çalışırlar.

Göründüyü kimi Putin Rusiyası getdikcə özünü daha dərin bataqlığa salaraq çıxılmaz vəziyyət alır. Ukrayna kimi sivil bir ölkəni tamamilə, yaxud bir hissəsini işğal etməyin mümkünsüzlüyünü yəqin ki, hamı kimi getdikcə Rusiyda da başa düşənlər az deyil. Deməli, irəliyə yol yoxdur, geriyə də yol qalmadığı halda baş verənlər özünü intihara bərabərdir.

Son günlərdə soydaşlarımıza və digər millətlərə qarşı qəddarlıq münasibəti də, Rusiyada həm siyasi, həm də mənəvi çöküşün göstəricisidir.

Bütün hallarda Azərbaycanlılara qarşı amansız hərəkətlər bizi hiddətləndirir, Rusiya rəhbərliyinə və onun apardığı qeyri- bəşəri, işğalçılıq siyasətinə nifrətimizi daha da artırır. Ümid və inamla düşünürük ki, az vaxtda soydaşlarımıza qarşı ədalətsizliyə son qoyulacaqdır.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 İyun 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri