Icma.az
close
up
RU
Beynəlxalq təşkilatlar da həyəcan təbili çalır Sosioloqlar xəbərdarlıq edir...

Beynəlxalq təşkilatlar da həyəcan təbili çalır Sosioloqlar xəbərdarlıq edir...

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda abortların, o cümlədən selektiv abortların sayı artmaqda davam edir. Qanunla qadağan olunmasına baxmayaraq, bəzi həkimlər heç bir məsuliyyət hiss etmədən həmin əməliyyatları həyata keçirirlər.

Bu səbəbdən Cinayət Məcəlləsinə dəyişiklik təklif olunub.

Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən layihəyə əsasən, qanunsuz abort nəticəsində şəxsin sağlamlığına ehtiyatsızlıqdan zərər vurulması hallarında azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Təklifə görə, ixtisassız şəxslər və ya tibb müəssisəsindən kənarda abort edən həkimlərə sağlamlığa az ağır ziyan vurduqda – bir ilə, ağır zərər vurduqda isə iki ilədək həbs cəzası verilə bilər.

Sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Gununsesi.info -ya açıqlamasında bildirib ki, abortların Cinayət Məcəlləsinə daxil edilməsi gecikmiş, lakin vacib addımdır:

“Bu məsələ çoxdan gündəmdə idi və dəfələrlə müzakirə olunub. Beynəlxalq təşkilatlar da həyəcan təbili çalır. Əgər indiki vəziyyət davam etsə, 2100-cü ildə Azərbaycan əhalisinin sayı 8 milyona enəcək. 1960-cı illərdə hər bir anaya orta hesabla 6,7 uşaq düşürdüsə, bu gün bu rəqəm cəmi 1,6-dır. Bu, iki uşaq belə deyil. Təsəvvür edin, əgər hər bir ailədə iki uşaq olsa, bu, sadəcə mövcud əhalinin qorunması deməkdir. Amma bu da yoxdur. Deməli, uzun müddətdə əhali azalacaq. Əhalinin azalması Azərbaycana xeyir yox, ziyan gətirir. Xüsusilə hərbi-siyasi və strateji baxımdan bu, ciddi problemdir”.

Sosioloq qeyd edir ki, Azərbaycan əhalisi gələcək üçün, özünü müdafiə və müdafiə mexanizmini düzgün qurmaq üçün ən azı indikindən iki dəfə çox olmalıdır:

“Əhalinin sayının azalmaması və əksinə, artması hər bir ölkə üçün ən vacib strateji məsələlərdən biridir. Təəssüf ki, Azərbaycanda son illər biabırçı xarici serialların təsiri nəticəsində insanların yaşayış tərzi və mədəni baxışları dəyişib. Artıq insanlar çox uşaq sahibi olmaq istəmirlər. Bəzən bunu sosial problemlərlə əlaqələndirirlər, amma bu, həmişə belə deyil. Çünki sosial təminatı olan ailələrdə də 3-4, hətta 5 uşaq sahibi olmağa maraq yoxdur. Bu mədəni baxışdır, bu müasir insanın həyata baxışıdır.

Əhalinin azalmasının qarşısını almağın ən vacib yollarından biri isə abortun ciddi şəkildə qadağan edilməsidir. Burada nəzarət mexanizmi gücləndirilməlidir. Mən bu addımı təqdir edirəm — vacib və təxirəsalınmaz məsələdir. Tezliklə güclü nəzarət sistemi qurulmalıdır ki, bu prosesin qarşısı alınsın. Bilirsiniz ki, dinimizdə də bu haram, qadağan və günah sayılır. Hətta qətl kimi qiymətləndirilir”.

Tanınmış sosioloq Lalə Mehralı isə Gununsesi.info -ya açıqlamasında bildirib ki, Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv abortlara üstünlük verən ölkələr arasında ön sıralardadır.

Onun sözlərinə görə, cinsinə görə tələf edilən uşaqların ölkəmizdəki statistikası çox acınacaqlı rəqəmlər ortaya qoyur:


“Abortların əksəriyyəti dölün 12–13-cü həftəsində baş tutur. Bu dövr artıq körpənin cinsiyyətinin müəyyənləşdirildiyi mərhələyə təsadüf edir. Təəssüf ki, dölün qız olması hallarında onun yaşamaq şansı azalır və bu da selektiv abortların artmasına səbəb olur.

Hazırda Azərbaycanda abort qanunla qadağan olunmur və bu proses həyat yoldaşının yazılı razılığı olmadan da icra edilə bilir. Halbuki bir çox müsəlman ölkəsində, o cümlədən qonşu İranda abort yalnız ananın həyatı təhlükə altında olduqda icazə verilir və həyat yoldaşının yazılı razılığı tələb olunur”.

Sosioloq hesab edir ki, ölkədə abortun tam şəkildə qadağan edilməsi indiki mərhələdə real görünmür:

“Milli Məclisin deputatları bu məsələ ilə bağlı cəmiyyətin hələ belə bir qadağaya hazır olmadığını bildirirlər. Lakin mənə görə, bu, daha çox vəziyyətə alışma ilə bağlıdır “.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 May 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri