Icma.az
close
up
RU
Bu ətlərin satışına icazə verilməyəcək YENİ QAYDA

Bu ətlərin satışına icazə verilməyəcək YENİ QAYDA

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq.
Bu, Baş nazir Əli Əsədovun qərarı ilə Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.
Yeni qərar hansı dəyişikliklərə gətirib çıxaracaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, bu qərarın reallaşdırılması tamamilə mümkündür, amma həm inzibati, həm də praktiki tərəfləri var:
“Əgər normativ sənədlərdə bu tələb təsbit olunarsa, bütün ət məhsullarının baytarlıq ekspertizasından keçməsi və yalnız damğa-ştampla satışa buraxılması məcburi olacaq. Bu, həm də ictimai nəzarət və cərimə mexanizmi tələb edir, yəni damğasız ət satışına görə sanksiyalar tətbiq ediləcək.
Şəhərlərdə və iri qəsəbələrdə kəsim məntəqələri və baytarlıq ekspertizası laboratoriyaları artıq mövcuddur, buna görə damğalama asan tətbiq oluna bilər.
Regionlarda və kəndlərdə çətinliklər ola bilər, çünki çox vaxt heyvanlar ev şəraitində kəsilir və satış bazarlarda aparılır. Burada damğalama üçün mobil ekspertiza briqadaları və ya rəsmi kəsim məntəqələri şəbəkəsi qurulmalıdır”.
Müsahibimiz hesab edir ki, damğa və ştampın saxtalaşdırılma riski mövcuddur:
“Bunun üçün xüsusi qoruyucu nişanlar tətbiq edilməlidir. Bütün ölkəni əhatə edən baytarlıq müfəttişlərinin sayı və logistik imkanlar kifayət qədər artırılmalıdır. Əgər mərhələli şəkildə tətbiq olunarsa, 3–5 il ərzində tam reallaşdırmaq mümkündür. Əks halda, birbaşa bütün ölkə üzrə tətbiq etməyə çalışılsa, kəndlərdə və qeyri-rəsmi kəsim yerlərində ciddi müqavimət və çətinliklər yaşana bilər.
Yəni, bu tədbir mümkündür, amma tam effektiv olması üçün kəsim məntəqələrinin genişləndirilməsi, baytarlıq laboratoriyalarının regionlarda artırılması, damğa və ştampın saxtalaşdırılmasına qarşı müasir qoruma sistemlərinin yaradılması, inzibati nəzarət və cərimələrin tətbiqi vacibdir”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri