Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Beynəlxalq təşkilatların fəal üzvü...

Beynəlxalq təşkilatların fəal üzvü...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan aparıcı regional aktor kimi qlobal təhlükəsizliyə töhfə verir

Qlobal təzadların artması, hərbi qarşıdurmaların geocoğrafiyasının genişlənməsi artıq danılmaz həqiqətə çevrilib. Yaşadığımız dövrdə bir çox hallarda hətta lokal, regional və ya qlobal təmaslar belə artıq müəyyən çərçivələr, maraqlar nəzərə alınır - etiraf olunmalıdır ki, beynəlxalq münasibətlər sistemində uğurlu təmsilçilik olduqca çətin bir hal alıb. Bəzən iqtisadi baxışlar, bəzən siyasi situasiya, bəzən təhlükəsizlik amili, bəzən isə ikitərəfli münasibətlərdə ortaya çıxan ziddiyyətlər maraqların kəsişməsinə, üst-üstə düşməsinə imkan vermir. Beləliklə, qütbləşmə və ya daha konkretləşdirsək fikir ayrılığı bütün sferalar üzrə dərinləşməkdə davam edir. Belə bir mənzərədə regional aktor kimi önə çıxmaq olduqca çətin görünür. Yaranan reallıqlar nəticə etibarı ilə belə bir fon yaradır - hər bir ölkə və ya təşkilat məhdud çevrə üzrə əlaqələr sistemi qurmaq məcburiyyətindədir.

Uğurlu xarici siyasət...

Amma Azərbaycanın apardığı uğurlu xarici siyasət kursu bu yeksənəqliyi darmadağın edir - çoxvektorlu xarici siyasətimiz ölkəmizin dünya miqyasında siyasi-iqtisadi nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, regionda formalaşdırılan və təhlükəsizliyə istiqamətlənən yeni siyasi reallıqlar, eyni zamanda, fərqli coğrafiyaların enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın artmasını şərtləndirib. Eyni zamanda, Azərbaycanın yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr, qlobal təhlükəsizliyin təmini istiqamətində təşəbbüsləri beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu isə nəticədə ölkəmizə olan müsbət maraqları artırır. Burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsi və beynəlxalq statusa malik təşkilatlarda uğurlu təmsilçiliyidir. Azərbaycanın dünyada cərəyan edən iqtisadi-ticari proseslərə aktiv müdaxilə imkanına malikdir.  Nəticə isə göz önündədir - bu gün ABŞ, Aİ, Türkiyə, İslam dünyası, Mərkəzi Asiya, Uzaq Şərq, Rusiya, Çin, hətta fərqli qitələrin təmsilçiləri və təşkilatlar Azərbaycanın apardığı uğurlu siyasətin dəstəkçisi, tərəfdaşı kimi çıxış edir.  Beləliklə, Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənməkdədir.

2026-cı ildə Azərbaycanda...

Bu mənada ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri xüsusi məna daşıyır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib. Ötən dövrdə Azərbaycanın müsəlman dünyasında böyük nüfuza malik dövlətə çevrilməsi ölkəmizin apardığı siyasətin məntiqi nəticəsidir.

Öz növbəsində, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın apardığı işğalçılıq siyasətini də həmişə birmənalı şəkildə pisləyib, bununla bağlı müxtəlif qətnamələr qəbul edib.

Vurğulayaq ki, Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa böyük önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi edib. Bu tədbirlərdə qəbul olunan sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb.

Yeri gəlmişkən, bir neçə gün öncə İƏT-in Nazirlər Şurasının İstanbul şəhərində 51-ci sessiyası keçirilib. Sessiyada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak və çıxış edib. Çıxışda İƏT coğrafiyasında artan geosiyasi gərginliklərin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub. Ceyhun Bayramov qarşıdan gələn İƏT sədrliyi münasibətilə qardaş Türkiyə Respublikasını təbrik edib, ölkəmizin Türkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunu bildirib. Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.

Xatırladaq ki, 2024-cü il mayın 4-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib. Bu isə təşkilatla Azərbaycan arasında müxtəlif istiqamətli əlaqələrin inkişafının növbəti təsdiqidir.

İslamofobiyanın bütün forma və təzahürlərini pisləyirik...

Təəssüfləndirici haldır ki, son illərdə dünyada islamofob meyllərin artdığı müşahidə olunur. Ölkələrdə yaşanan daxili, ictimai və siyasi proseslərdə əsasən islamofobiya  və miqrant əleyhinə fəaliyyətlər aktuallığını saxlayır. Bəzi ölkələrdə onsuz da İslam dininə münasibət çox isti olmasa da, cəmiyyətdə açıq şəkildə qıcıq yaradan və diskriminasiyaya yönəlik çağırışlar son illərdə daha davamlı xarakter alıb. İslamofob fikirlər nəinki cəmiyyətin, hətta bəzi ölkələrin rəsmilərinin, siyasətçilərin leksikonunda yer tapmağa başlayıb. Bütün bunlar isə ümumilikdə, İslama qarşı kampaniya təəssüratı formalaşdırır - islamofob meyillərin artdığını təsdiqləyir.

Azərbaycan hər zaman islamofobiya ilə mübarizə aparır, xaricdə islam mədəniyyətinin təbliğinə böyük önəm verir. Azərbaycan dinlər və mədəniyyətlər arası əlaqələrin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, ölkəmiz islam həmrəylininin gücləndirilməsi, islam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı mühüm rolla bütün dünyada nümunə göstərilir. Nazir C.Bayramov da çıxışında dünyada artan İslamofobiya meyllərinin narahatlıq doğurduğunu, ölkəmizin bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyini və İslamofobiya ilə mübarizədə İƏT çərçivəsində göstərilən təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Diplomatik prosesin bərpasının tərəfdarıyıq

Azərbaycan bütövlükdə, eskalasiyaların əleyhinədir - 30 ilə yaxın işğaldan əziyyət çəkən bir ölkə kimi biz problemlərin, xüsusilə hərbi qarşıdurmaların sülh yolu ilə tənzimlənməsinin tərəfdarıyıq. Son günlərdə İran ilə İsrail arasında gedən hərbi münaqişənin də tənzimlənməsi üçün çağırışlar etmişik. XİN-in bununla bağlı bəyanatında da vurğulanıb ki, İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq. Azərbaycan vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pislədiyini, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırıb. 51-ci sessiyada da XİN başçısı bir daha Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, İran İslam Respublikasına qarşı həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğu, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyi bildirilib.

Azərbaycan mövqeyində qətidir...

Ceyhun Bayramov ölkəmizin Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyini də qeyd edib, 10 may 2025-ci il tarixində əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyətini vurğulayıb.

Bəli, Azərbaycanın Cammu və Kəşmir məsələsində mövqeyi dəyişməzdir. Dövlətimizin mövqeyi həmişə ardıcıl olub - biz bu məsələdə Pakistanın yanında olduğumuzu bəyan edirik. Vurğulanmalıdır ki, Azərbaycan bu problemin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir.

Sülh üçün...

Vurğulandığı kimi, ölkəmiz hər zaman sülh və sabitlik üçün səy göstərir - bu mövqe cənubi Qafqazda əbədi və dayanıqlı sabitliyin formalaşdırılması prosesində də özünü göstərir. Sülh danışıqları 2022-ci ildən etibarən mühüm bir yol qət edib. Artıq sülh sənədinin 17 maddəsinin hər biri razılaşdırılıb - sülhün imzalanmasına isə cəmisi bir addım qalıb. Ermənistanın bu “bir addım”ı atması bölgədə daimi və əbədi sülhün yaranmasına yol açacaq. Bunun üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli, həmçinin ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Tədbirdə çıxışında da nazir Ceyhun Bayramov postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri, habelə normallaşma prosesini təhdid edən çağırışlardan ətraflı bəhs edib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddiaları, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupu kimi qurumların hələ də ləğv olunmamasının sülh sazişinin imzalanmasının qarşısını aldığı diqqətə çatdırılıb. Ermənistanın Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirməməsi barədə məlumat verilib.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri