Icma.az
close
up
RU
Beynəlxalq Valyuta Fondu Çin üzrə iqtisadi artım proqnozunu yüksəldib

Beynəlxalq Valyuta Fondu Çin üzrə iqtisadi artım proqnozunu yüksəldib

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

Beynəlxalq Valyuta Fondu (BVF) Çin iqtisadiyyatına dair böyümə (iqtisadi artım) proqnozlarını 2025-ci il üçün 4,8 faizdən 5 faizə, 2026-cı il üçün isə 4,2 faizdən 4,5 faizə qaldırıb.

Marja.az-ın məlumatına görə, BVF-nin açıqlamasında qeyd edilib ki, təşkilatın 4-cü Maddə (Məsləhətləşmə) çərçivəsində BVF heyətinin Çinə səfərindən sonra əldə olunan ilkin müşahidələr paylaşılır.

BVF qeyd edib ki, Çin iqtisadiyyatının 2025-ci ildə 5 faiz, 2026-cı ildə isə 4,5 faiz artacağı proqnozlaşdırılır. Əvvəlki proqnozlar müvafiq olaraq 2025 üçün 4,8 faiz, 2026 üçün 4,2 faiz idi.

Qeyd olunub ki, bu proqnozlar oktyabrda dərc edilən Dünya İqtisadi Proqnozlar hesabatındakı proqnozlar ilə müqayisədə müvafiq olaraq 0,2 və 0,3 bəndlik yuxarı korrektələri əks etdirir. Açıqlamada bu artımın məmnuniyyətlə qarşılanan makroiqtisadi siyasət stimullarına və Çin ixracına tətbiq olunan gözləniləndən aşağı tariflərə bağlı olduğu vurğulanıb.

Bildirilib ki, davamlı artıma baxmayaraq, zəif daxili tələbat və deflyasiya təzyiqləri davam edir, buna görə də iqtisadiyyatda qeyri-tarazlıqlar hələ də əhəmiyyətli olaraq qalır. Həmçinin, ticarət tərəfdaşlarına nisbətən daha aşağı inflyasiyanın real valyuta məzənnəsində dəyər itirilməsinə səbəb olduğu, bunun da güclü ixrac və artan cari profisitə təsir etdiyi qeyd olunub.

Əsas siyasət prioritetinin hökumətin 15-ci Beşillik Planında müəyyən etdiyi hədəflərdən biri olan istehlaka əsaslanan iqtisadi artım modelinə keçid olduğu qeyd  edilib. Bu transformasiyanın daha güclü və təcili ekspansiv makroiqtisadi siyasətlər, yüksək ailə təsərrüfatı yığımlarını azaltmağa yönəlmiş tənzimləmələr, səmərəsiz investisiyalar və lüzumsuz sənaye siyasəti dəstəklərinin azaldılmasını tələb etdiyi vurğulanıb.

Qeyd olunub ki, bu siyasət paketi eyni zamanda xarici qeyri-tarazlıqları da azaldacaq. Açıqlamada artan risklərlə mübarizə və güclü orta +müddətli artımın qorunması üçün əlavə addımların atılmasının vacibliyi vurğulanaraq, maliyyə və fiskal çərçivələrdə islahatların aparılması, dövlət, daşınmaz əmlak və maliyyə sektorlarında balansların sağlamlaşdırılması, xidmət sektorunun daha çox açılması və şirkətlər arasında rəqabətçi neytrallığın təşviqi daxil olmaqla bazar yönümlü islahatlara ehtiyac olduğu qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://marja.az
archiveBu xəbər 11 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri