Icma.az
close
up
RU
Beynəlxalq Zakura festivalının direktoru: Azərbaycan filminin müsabiqədə iştirakı bizi sevindirir AZƏRTAC

Beynəlxalq Zakura festivalının direktoru: Azərbaycan filminin müsabiqədə iştirakı bizi sevindirir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Rabat, 8 dekabr, AZƏRTAC

Dekabrın 9-dan 13-dək Mərakeşin Zakura şəhərində 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı keçiriləcək. Müsabiqələrə Afrika, Avropa, Asiya qitələrindən, eləcə də Kanadadan tammetrajlı və qısametrajlı filmlər təqdim edilib. Azərbaycan festivalda rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi ilə təmsil olunacaq.

Festivalın direktoru Xalid Şəhid tədbirin hədəfi və yenilikləri barədə AZƏRTAC-ın suallarına cavab verib:

Mərakeşin Zakura şəhərində 18-ci Beynəlxalq Transsəhra Kinofestivalını ölkənizdə və xaricdə keçirilən kinofestivallardan nə fərqləndirir?

Zaman keçdikcə Beynəlxalq Transsəhra Kinofestivalı Zakura şəhərində özünəməxsus kino mədəniyyəti yarada, eləcə də kinosevər gənclərin diqqətini cəlb edə bilib. Gənclərin regionun tarixi və mədəniyyəti barədə yazdıqları film ssenarilərinin sayı artıb. Onlar belə müsabiqələrə və ustad dərslərinə qatılmaqla bacarıqlarını daha da inkişaf etdiriblər. Bu sahədə kino ulduzlarının, tənqidçilərin, rejissorların və kino tədqiqatçılarının da əməyi var. Bütün bu fəaliyyətlər regionun dünyada tanınmasına və turizminin təşviqinə də töhfə verir. Festival zamanı şəhərimizə gələn qonaqların sayı ilbəil artır ki, bu da turizm sahəsində fəaliyyətlərin çoxalmasına təkan verir.

Festival hansı mesajı çatdırmaq istəyir?

Beynəlxalq Transsəhra Kinofestivalı yerli və beynəlxalq səviyyədə film sənayesinin tərəfləri arasında fikir və təcrübə mübadiləsi üçün yaxşı fürsət yaradır. Festival vətənpərvərlik və insan hüquqları prinsipləri kimi dəyərlərin kino vasitəsilə çatdırılmasına can atır. Eyni zamanda gənclərin, xüsusən kino sahəsində bilik və bacarıqlarının artırılması, nifrət nitqinə qarşı maarifçilik, bərabərlik, azadlıq fikirlərinin yayılması üçün fürsətlər yaradır.

Budəfəki festivalda hansı yeniliklər olacaq?

Bu festivalın rəngarəng proqramı var. Tammetrajlı və qısametrajlı, eləcə də sənədli filmlər və ssenari üzrə müsabiqələrə ümumilikdə 20 ölkədən 25 film təqdim edilib. Həmçinin sevindiricidir ki, Azərbaycan tammetrajlı film müsabiqəsində rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi ilə təmsil olunacaq. Bu, Mərakeşlə Azərbaycan arasında kino sahəsində müştərək layihələrin həyata keçirilməsi üçün yaxşı imkandır. Bununla da bu ölkələr ictimai, turizm və başqa mövzulara həsr olunmuş filmlər vasitəsilə bir-birilərini daha yaxından tanıya biləcəklər. Həmçinin bu festivalda Rusiya fəxri qonaq qismində iştirak edir. Tədbirdə Rusiya kino sənayesinin nümayəndə heyəti iştirak edəcək, rus filmləri nümayiş olunacaq. Moskvanın Kalinka qrupu da iştirakçılar arasındadır. Ümid edirəm ki, Azərbaycan növbəti festivala fəxri qonaq qismində qatılacaq.

Bundan başqa, festivalda Mərakeşin tanınmış aktyorları Həsən Bədidəyə, Siham Əsifə və Fatimə Buşana mükafatlar təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2024 05:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri