Icma.az
close
up
RU
Vroslavın sehrli cırtdanları

Vroslavın sehrli cırtdanları

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nağıl küçələrində addım-addım azadlıq və yumor

Polşanın qərbində yerləşən Vroslav şəhərinə ilk dəfə gələndə diqqətimi çəkən təkcə rəngarəng binalar və Odra çayının sakit axını olmadı. Küçənin küncündə, daş plitələrin arasında kiçik bir heykəl gördüm – cəmi bir ovuc boyda, başında papaq, əlində miniatür bir fənər. Əvvəlcə sadəcə bəzək olduğunu düşündüm. Amma sonra ikinci, üçüncü, dördüncü... və daha onlarla cırtdanla rastlaşanda anladım: bu şəhərdə kiçiklər danışır, böyüklər isə susur.

Vroslavda “Excavator dwarf (Koparkus)” cırtdan heykəli, Odra çayı yaxınlığında

Azadlığın cırtdan simvolu

Vroslavın bu cırtdanları təkcə turistlərin gülümsəməsi üçün deyil, həm də bir xalqın azadlıq hekayəsini daşımaq üçündür. 1980-ci illərin sonlarında, Polşada kommunist rejimin ən sərt vaxtlarında bir qrup gənc “Pomarańczowa Alternatywa” – yəni “Narıncı Alternativ” adlı hərəkat yaradır. Onlar senzura, qadağalar və təzyiqlərə qarşı yumorla və yaradıcı üsulla çıxış edirlər.

Divar rəsmləri və şəhər aksiyaları vasitəsilə gənclər insanlara pozitiv düşüncə və ümid mesajları çatdırmağa çalışırdılar. Onlar müxtəlif yerlərdə cırtdan fiqurlarını çəkir, bununla da şəhər mühitinə rəng və yumor qatırdılar.

Zaman keçdikcə bu kiçik simvollar yaradıcılığın, birliyin və şəhər mədəniyyətinin rəmzinə çevrildi.

2001-ci ildə isə ilk bürünc heykəl – Papa Cırtdan (Papa Krasnal) Vroslavın küçələrindən birində ucaldıldı. O vaxtdan bəri bu ideya böyüdü, çoxaldı və artıq bu gün şəhərdə 400-dən çox cırtdan var.

Cırtdanların gündəlik həyatı    

Bu heykəllər elə-belə düzülməyib; hər biri bir hekayə danışır.

Məsələn, Studentek universitetinin qarşısında kitab oxuyur, Więzień həbsxananın qapısı arxasından əl yelləyir, Syzyfki isə böyük daş topunu daşıyaraq sanki insan səbrini simvolizə edir.

Turysta adlı cırtdan isə fotoaparatı ilə şəhəri gəzən turistləri yamsılayır – elə bil sizə baxır, “Gülümsəyin, şəkil çəkirəm!” deyir.

Cırtdanlar bu qədər populyarlaşıb ki, Vroslavda indi “Cırtdan ovu” adlı bir oyun da var. Turistlər xüsusi “Cırtdan xəritəsi” alıb şəhəri qarış-qarış gəzir, heykəlləri axtarır, şəkil çəkir, bəzən hətta cırtdanların sayını kim daha çox tapacaq deyə yarışırlar.

Kiçik bədənlər, böyük mesajlar

Hər bir cırtdan özünəməxsus mesaj verir. Bəziləri sadəcə əyləncəlidir, amma bəziləri dərin sosial məna daşıyır. Məsələn, əlil arabasında olan “Cırtdan-aktivist” cəmiyyətin bərabərlik və əlçatanlıq dəyərlərini təbliğ edir. Digəri isə kitabla, musiqi aləti ilə, ya da tənha bir lampanın altında dayanaraq insan həyatının fərqli tərəflərini xatırladır. 

Vroslav – nağılın içində bir şəhər

Axşamüstü Odra çayının körpüləri boyunca gəzərkən, işıq sütunlarının altında parlayan cırtdanlara baxırsan və düşünürsən: bu şəhər niyə bu qədər canlıdır?

Bəlkə də cavab elə bu kiçik bürünc fiqurların içindədir. Onlar sanki Vroslavın ruhudur – azad, zarafatcıl, bir az yaramaz, amma çox səmimi.

Cırtdanlar sənə baxır və sanki pıçıldayır: “Azadlıq və xoşbəxtlik bəzən elə kiçik şeylərdə gizlənir”.

Günel Balakişi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri