Icma.az
close
up
RU
Beynin qocalmasını yavaşlatmağın sadə bir yolu tapılıb...

Beynin qocalmasını yavaşlatmağın sadə bir yolu tapılıb...

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

...Mütəmadi aerobika məşqləri beyni artıq orta yaşda “bioloji cəhətdən cavanlaşdıra” bilər.

SİA-nın məlumatına görə, bu, Journal of Sport and Health Science (İdman və Sağlamlıq Elmləri Jurnalında) klinik tədqiqatın nəticələrini dərc edən tədqiqatçılar tərəfindən əldə edilən nəticədir.

Tədqiqatda 26-58 yaş arası 130 sağlam yetkin iştirak etmişdir. Bir il ərzində bir qrup idman təbabətinin tövsiyələrinə uyğun olaraq həftədə təxminən 150 dəqiqə orta və yüksək intensivlikli aerobika məşqləri yerinə yetirmiş, digər qrup isə adi fiziki aktivlik səviyyələrini qorumuşdur.

Tədqiqatın əvvəlində və sonunda iştirakçılar beyin MRT müayinəsindən keçmiş və beyin yaşları qiymətləndirilmişdir - bu, beynin insanın faktiki yaşı ilə müqayisədə nə qədər yaşlı və ya cavan göründüyünün ölçüsüdür.

Nəticələr göstərdi ki, müntəzəm olaraq aerobika ilə məşğul olanların beyin yaşının orta hesabla təxminən 0,6 il azalması müşahidə olunub. Bunun əksinə olaraq, nəzarət qrupunda beyin yaşında bir qədər artım müşahidə olunub.

Ümumilikdə, qruplar arasındakı fərq fiziki cəhətdən aktiv fərdlərin xeyrinə təxminən bir il olub və bu, cəmi 12 ay ərzində baş verib.

Müəlliflərə görə, hətta bu cür kiçik görünən dəyişikliklər belə uzunmüddətli nəticələrə səbəb ola bilər: əvvəlki tədqiqatlar beyin qocalmasının hər bir əlavə ilini qocalıqda daha yüksək idrak geriləməsi və sağlamlıq problemləri riski ilə əlaqələndirib.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Yanvar 2026 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri