Icma.az
close
up
RU
Beyninizlə dost olun!

Beyninizlə dost olun!

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Əslində beynimizlə “dost” olmaq da, “düşmən” olmaq da bir az da öz əlimizdəədir. Üstəlik, bunun üçün çox “beyin yormağa” da ehtiyac yoxdur. Məsələn...
Yeni sözlər öyrənin: Tədqiqatlar göstərir ki, zəka səviyyəsi ilə söz ehtiyatı arasında düz mütənasiblik var. Yanınızda lüğət gəzdirin və hər gün yeni bir söz öyrənin. Məsələn, “sərrac” (yəhər ustası), “ovsar” (dəvə noxtası), “zərbaf” (parça ustası) və s. kimi...
Hekayə danışın: Tək qalanda öz-özünüzə hekayə danışın, ya da ən yaxşısı yazın: yeni şəhərlər, yeni küçələr, yeni evlər və ən nəhayət yeni obrazlar... Beyninizdə mütəmadi olaraq müxtəlif mənzərələr təsvir etdiyiniz və detallarla məşğul olduğunuz üçün bu, işə yarayacaq.
Test həll edin: Beyninizin hansı məsələlərdə kəsirdə qaldığını öyrənmək üçün test həll edin. Bu kəsir həm yaddaşla, həm diqqətlə, həm sürətlə və s. bağlı ola bilər. Bir sözlə, beyniniz hansı məsələlərdə kəsirdədirsə, bu kəsirlərin üzərinə gedin və ya bu kəsirlərlə bağlı təlim keçin.
Xəritəsiz hərəkət edin: İngiltərədə aparılan bir tədqiqata görə, taksi sürücülərində beyin funksiyaları ilə bağlı problemlər digər peşə sahibləri ilə müqayisədə daha azdır. Buna səbəb isə taksi sürücülərinin hər gün verilən ünvanları tapmaq üçün sərf etdikləri zehni əməkdir. Başqa sözlə, yeni yollar öyrənmək və yeni yollar yadda saxlamaq zehni inkişaf üçün əvəzedilməzdir.
Krossvord həll edin: Məsələn, qəzetlərdəki krossvordlar köməyinizə gələ bilər. Krossvordları asandan çətinə, sadədən mürəkkəbə doğru seçin.
Səhər yeməyini unutmayın: Unutmayın ki, yaxşı bir səhər yeməyi gün ərzindəki unutqanlıqlarınızı bərpa etmək üçün əvəzsizdir.
Hissələri birləşdirin: Hissələrə ayrılmış dünya xəritəsi, çiçək və ya insan şəkli bunun üçün ən yaxşı seçimdir. Hissələri birləşdirməyə və verilmiş şəkli tamamlamağa çalışın.
Məqalə oxuyun: Əvvəllər heç vaxt diqqətinizi cəlb etməyən mövzularda məqalələr oxuyun. Yeri gəlmişkən deyək ki, bu məsələdə internet köməyinizə gələ bilər. Məsələn, internetdə “Arıların həzm sistemi” və ya “Çadır qurma metodları” yazın və bu mövzularla bağlı yeni şeylər öyrənin.
Köhnə xatirələri yada salın: Köhnə şəkillərə baxmaq, köhnə məktubları oxumaq və köhnə xatirələri yada salmaq da beynin inkişafı üçün faydalıdır.
Oyunun da öz yeri var: Kompüter oyunları da beynin inkişafı üçün əvəzsizdir. Əlbəttə ki, burada saatlarla kompüter oyunları oynamaqdan söhbət getmir. Həftədə bir və ya iki dəfə oynasanız, kifayətdir.
Evinizi yaxından tanıyın: Gözlərinizi yumun və xəyalən evinizi gəzin. Qonaq otağında nələr olduğunu, mətbəxdə nələr yerləşdiyini və s. xatırlamağa çalışın. Əgər xatırlaya bilmirsinizsə, bundan sonra ev əşyalarınızın yerini daha yaxşı yadda saxlamağa çalışın.
Kalkulyatordan istifadə etməyin: Sadə riyazi hesablamalar üçün kalkulyatora əl atmayın. İlk vaxtlar bu, sizə çətin gələ bilər, ancaq əmin olun ki, bir müddət sonra siz təkcə buna alışmayacaq, həm də bundan zövq alacaqsınız.
Dil öyrənməyə üstünlük verin: Bir insan nə qədər çox dil bilsə, özünü o qədər yaxşı ifadə edir. Bu, başqa sahələrdə uğur qazanmaq üçün də ən yaxşı açardır. Unutmayın: bir dil bir insandır.
Dünən nə yediyinizi yada salın: Hər gün ondan əvvəlki gün nə yediyinizi xatırlayın və bunun bir siyahısını çıxarın. Bəzən səhər belə nə yediyimizi unutduğumuz halda, dünən nə yediyimizi xatırlamaq təbii ki, beynimizi hərəkətə gətirəcək.
Stereotiplərinizdən uzaq olun: Evdən işə və ya işdən evə gedərkən həmişə eyni yoldan istifadə etməyin. Hətta kompüterinizdəki ekran şəkillərini belə tez-tez dəyişdirin. Yeri gəlmişkən deyək ki, bu, altsheymer müalicəsində olmazsa olmazlardan biridir.
İstirahət etməyi unutmayın: “Nə qədər çox oxusam, o qədər yaxşıdır” və ya “Nə qədər çox işləsəm, o qədər yaxşıdır” fikri doğru deyil. Unutmayın ki, oxumaq və işləmək qədər istirahətə də ehtiyacınız var.
Sənədli filmlərə baxın: İkinci Dünya Müharibəsi haqqında dörd cildlik bir kitabı oxumaq nə qədər çətindirsə, o mövzu ilə bağlı bir saatlıq sənədli filmə baxmaq o qədər asandır. Digər tərəfdən, timsahların həyat tərzi ilə bağlı bir kitabı oxumaqla eyni mövzudakı bir sənədli filmə baxmaq arasındakı fərqi də eyni cür izah etmək olar. Yeri gəlmişkən deyək ki, tədqiqatlar görərək öyrəndiyimiz mövzuların oxuyaraq öyrəndiyimiz mövzulardan daha gec unudulduğunu göstərir.
Yorğunluğunuz varsa, fasilə verin: Əgər beyninizin yorulduğunu hiss edirsinizsə, dərhal fasilə verin. Bu fasilə bir fincanlıq qəhvə və ya bir stəkanlıq çay da ola bilər.
Öyrəndiklərinizi danışın: Yeni öyrəndiyiniz məlumatları yadda saxlamağa və başqalarına danışmağa çalışın. Unutmayın ki, bir məlumatı səsli şəkildə ifadə etdikdə daha yaxşı yadda qalır.
Özünüzə yeni hobbi tapın: Beyninizi inkişaf etdirmək üçün yeni məşğuliyyətlərə ehtiyac var. Musiqi və ya təsviri incəsənət kimi yaradıcı bacarıqlar beyini daha yaxşı inkişaf etdirir.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Noyabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri