Icma.az
close
up
RU
Bəzəkli travmalar dövrü

Bəzəkli travmalar dövrü

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şahanə MÜŞFİQ

Son dövrlərin tendensiyalarından biri də insanların ən xırda şeyləri belə travma halında nümayiş etdirməsi, özünü aciz vəziyyətə salmasıdır. Müasir dövr insanı ağrını gizlətmir, əksinə, nümayiş etdirir. Daha dəqiq desək, onu paylaşır, bəzəyir, çərçivəyə salır və bəzən hətta seviləsi hala gətirir. Bir zamanlar travma pıçıltı ilə danışılan, qapalı qapılar arxasında yaşanan şəxsi bir təcrübə idisə, bu gün o, sosial mediada açıq vitrinə çıxarılmış, sitatlaşdırılmış, estetikləşdirilmiş bir anlayışa çevrilib. Bu, bir növ "travmanın romantikləşdirilməsi" təsiri bağışlayır. Yəni ağrı reallıqdan qoparılıb emosional, poetik və bəzən də trend halına salınır.

Bu romantikləşdirmə ilk baxışdan zərərsiz görünə bilər. Axı insanlar, nəhayət ki, susmur, danışır, öz yaralarını etiraf edirlər. Lakin məsələ burasındadır ki, travma haqqında danışmaqla travmanı cazibədar, seçilən, hətta arzulanan bir fərqliliyə çevirmək arasında incə, hətta təhlükəli bir xətt var.

Travma psixoloji mənada insanın emosional və ya fiziki təhlükə qarşısında qaldığı, öhdəsindən gəlməkdə çətinlik çəkdiyi hadisələrin onda buraxdığı mənəvi izdir. Bu iz bəzən ömür boyu qalır, bəzən isə uzun və ağrılı bir sağalma prosesindən sonra zəifləyir, az hallarda tamamilə sağaldığı da müşahidə oluna bilir. Amma müasir insan travmanı çox vaxt sağalmalı bir vəziyyət kimi yox, "məni mən edən fərqlilik" kimi təqdim etməyə çalışır.

Artıq tez-tez rastlaşdığımız, eşitdiyimiz "uşaqlıq travmalarım olmasaydı, bu qədər dərin olmazdım", "məni mən edən yaşadıqlarımdır", "ağrılarım olmasaydı, güclü də olmazdım", "əldə etdiklərimi itirdiklərimə borcluyam" və sair kimi cümlələr ilk baxışdan özünü dərk etmə kimi səslənsə də, əslində travmanı normallaşdır, hətta bir addım da irəli gedərək onu ideallaşdırır. Sanki ağrı olmadan insanın dəyəri azalır, sanki sakit və təhlükəsiz həyat dayazlıq əlamətidir, sanki kimsə əziyyət çəkməyibsə, o, heç nə əldə edə bilməz, sanki çətinlik görməyənin yüksəlişə haqqı yoxdur. Beləliklə, travma artıq arzuolunmaz bir yük, sağalmalı problem deyil, fərqlilik nişanəsinə çevrilir.

Travmanın romantikləşdirilməsində sosial medianın rolu danılmazdır. instaqram, TikTok, X (tviter) kimi platformalarda "mental sağlamlıq" adı altında paylaşılan minlərlə post ağrını vizual və emosional baxımdan cəlbedici hala gətirir. Qara-ağ fotolar, yarımçıq cümlələr, poetik sitatlar, kölgəli üzlər... Bütün bunlar travmanı real, çətin və bəzən çirkin tərəflərindən soyundurub, onu estetik bir obyektə çevirir.

Problem ondadır ki, travma estetikaya çevriləndə onun ağırlığı itir. Panik atak bir ovqata, depressiya dərinlik göstəricisinə, emosional laqeydlik isə cəlbedici davranış tərzinə çevrilir. Bu mərhələdə artıq sağalmaq yox, travmalı qalmaq daha "mənalı" kimi təqdim olunur. İnsanlar özlərindəki həqiqi problemin fərqinə varmır, fərqinə vardıqları problemin isə həllindən daha çox onunla fəxr eləməyi, onu sərgilməyi üstün tuturlar.

Ən təhlükəli məqam isə budur ki, bu cür romantik təqdimatlar real travma yaşayan insanların üzərində fərqli, hətta bəzən çox təhlükəli bir təzyiq yaradır. Onlar öz ağrılarının fotogenik olmadığını, gözəl görünmədiyini, paylaşılacaq formada olmadığını düşünərək susa bilərlər. Çünki onların ağrısı trendə uyğun deyil. Onlar o ağrını bəzəyə, ondan "özlərini yenidən yaratmaq üsulu" kimi istifadə edə bilmirlər. O zaman bu travma daha da dərinləşir, daha eybəcər görünür və içindən çıxılmayacaq hal alır.

lll

Travmanın romantikləşdirilməsi təkcə emosional yox, həm də iqtisadi bir prosesdir. Əslində, deyərdim ki, bu gün belə bir vəziyyətin yaranmasının, ümumiyyətlə, "travma" sözünün lüğətimizə daxil olub, çox sürətlə ümumişlək sözə çevrilməsinin əsas səbəbkarlarından biri qeyri-peşəkar psixoloqlar və yaşam kouçlarıdır. Məhz onların sosial şəbəkə üzərindən etdikləri "ağıllı" paylaşımlar, "sağalma seansları" adı altında keçirilən mənasız tədbirlər nəticəsində travma kütləviləşdi, sağlam insanlar belə özlərində travmalar axtarmağa, onu uydurmağa başladılar.

Böyüklər bəs deyilmiş kimi, bu travma bəlası uşaqlara da sirayət etməyə başladı. Hər şeyin kökünü uşaqlıqda axtaran və elə orada da "tapan" "mütəxəssislər" saxta SOS siqnalları ilə gənc valideynləri qorxutmağa başladılar. "Uşağa onu demə, travma alar", "belə davranma, travmalı olar" və sair kimi cümlələr sosial dünyanın bəzəyinə çevrildi. Artıq evdə valideyn uşağına söz deməyə, qadağa qoymağa, hətta ondan bir stəkan su belə istəməyə qorxar hala gəlib çıxdı.

Bu gün travma üzərindən kontent istehsal olunur, izləyici toplanır, kitablar yazılır, seminarlar keçirilir, "şəxsi inkişaf" paketləri satılır. İnsanların ən həssas nöqtələri bəzən şüurlu, bəzən şüursuz şəkildə bazar predmetinə çevrilir.

Bu nöqtədə sual yaranır: travma paylaşımı həqiqətən sağaltmaq üçündür, yoxsa diqqət toplamaq üçün? Əlbəttə, hər paylaşımı manipulyativ adlandırmaq haqsızlıq olar. Amma ağrının da performansa çevrildiyi bir mühitdə səmimiyyətlə nümayiş arasında sərhədlər bulanıqlaşır.

İnsan bir müddət sonra öz travmasını danışmadan yaşaya bilməz hala gəlir. Sanki ağrı səssiz yaşansa, mövcudluğunu itirəcək. Beləliklə, travma insanın həyatında keçilmiş bir mərhələ olmaq əvəzinə, daim yenidən istehsal olunan, "dönüb-dolaşıb qayıtmağa can atdığımız" bir mərkəzə çevrilir.

Travmanın romantikləşdirilməsi qurban psixologiyasını da cazibədar edir. Axı qurban olmaq məsuliyyəti azaldır, edilən səhvlərə, yol verilən yanlışlara izah verir, hətta ona bəraət qazandırır. "Beləyəm, çünki travmam var" cümləsi bəzən dəyişmək, sağalmaq və üzərində işləmək ehtiyacını arxa plana atır, qəbullanmaq instinktini gücləndirir. İnsan nəyisə düzəltmək üçün mübarizə aparmaq əvəzinə, bəzən olmayan, özündən uydurduğu bir travmanın qarşısında təslimiyyət bayrağını qaldırır.

Bu, travmanın inkarı deyil, əksinə, onun yanlış istifadəsidir. Travmanı anlamaq, qəbul etmək, əgər özündə mənəvi güc hiss edirsənsə, ondan qurtulmaq üçün çalışmaq sağlam prosesdir. Amma onun arxasında gizlənmək, hər davranışı onunla əsaslandırmaq insanı passivləşdirir, gizli şəkildə ruhdan salır, həyatdan zövq almasına ciddi şəkildə mane olur. Beləliklə, travma insanın keçmişi yox, taleyi kimi təqdim olunur.

Sağalma isə sakit bir prosesdir. O, fotogenik deyil. Gündəlik kiçik addımlardan, fərqindəlikdən, yorucu təkrarlardan ibarətdir. Sağalan insan dramatik hekayələr danışmır, çünki onun hekayəsi tədricən adiləşir. Bu adilik isə sosial medianın işinə yaramır, onun şişirdilmiş dünyasına sığmır və nəticədə dəyərsiz qalır.

Biz dramatik hekayələri sevirik. Qırılmaları, çöküşləri, göz yaşlarını izləmək daha maraqlıdır. Sağalan insan isə diqqət mərkəzindən çıxır. Buna görə də travmanın özü yox, onun sağalmayan forması daha çox görünür.

Burada əsas məsələ travma haqqında danışmaqdan qaçmaq, susmaq deyil, onu dürüst və məsuliyyətli şəkildə ifadə etməkdir. Travma haqqında danışmaq deyəndə əlbəttə ki, onu gözəlləşdirmək, dərinlik nişanəsi kimi göstərməkdən danışmırıq. Əksinə, onun çətinliyini, yoruculuğunu, bəzən də insanı necə sıradan çıxardığını qəbul etməyi nəzərdə tuturuq.

Travma insanı güclü də edə bilər, sındıra da bilər. Bunun hər ikisi normaldır. Hər ağrıdan qəhrəmanlıq çıxarmaq, hər travma qarşısında güclü dayanmaq məcburiyyəti yoxdur.

Travma nə müqəddəsdir, nə də romantik. O, sadə, təbii prosesdir, psixoloji haldır. Biz onu idealizə etdikcə, sağalmaqdan uzaqlaşırıq. Ağrını estetik obyektə çevirdikcə, onu yaşayan insanı, onun çəkdiklərini, hiss etdiklərini unuduruq.

Bəlkə də əsas məsələ travmanı "məni mən edən şey" kimi yox, "keçdiyim bir mərhələ" kimi görməkdir. Çünki insan yalnız ağrıları ilə yox, sağalma cəhdləri ilə də formalaşır. Ən böyük cəsarət isə travmanı bəzəmək, gözəlləşdirmək deyil, ondan sakitcə, amma güclü və qərarlı bir şəkildə qurtulmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri