Icma.az
close
up
RU
Bəzən aylarla sağalmır, kəllə beyin travmalarına səbəb olur

Bəzən aylarla sağalmır, kəllə beyin travmalarına səbəb olur

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Elektrosamokat (skuter) idarə edənlər arasında xəsarət alanların əksəriyyəti avtomobillə toqquşma nəticəsində deyil, düz yolda tarazlığı itirdiyi üçün zədələnir. Travmatoloq-ortoped, ekspert Mixail Fomin bildirib ki, bədbəxt hadisələrin 70–80 faizi məhz istifadəçinin özünün yıxılması ilə bağlıdır. Belə yıxılmalar zamanı alınan travmaların reabilitasiyası bəzən aylarla davam edə bilər.
Demokrat.az xəbər verir ki, yıxılma zamanı ən çox rast gəlinən hal insanın instinktiv olaraq əllərini irəli uzatmasıdır. Həkimin sözlərinə görə, bu zaman bilək və əl sümüklərinin sınıqları, dirsək nahiyəsinin əzilmələri qaçılmaz olur. 15–20 km/saat sürətlə hərəkət edərkən belə, əllər əsas zərbəni üzərinə götürür, lakin bilək nahiyəsi bu cür ağır yüklənmələr üçün nəzərdə tutulmayıb.
“Beyin sarsıntısı, dərin yaralar və üzün yumşaq toxumalarının əzilməsi insanın zərbə zamanı özünü qorumağa və ya düzgün qruplaşmağa macal tapmaması ilə bağlıdır. Təəssüf ki, bəzən yüngül cızıqla can qurtarmaq mümkün olmur. Yüksək sürətdə başın yol örtüyünə dəyməsi ağır kəllə-beyin travmalarına səbəb ola bilər”, – deyə ekspert xəbərdarlıq edib.
"Ayaq xəsarətləri də az deyil. Samokatdan hərəkət vaxtı tullanmaq və ya cihazın topuq nahiyəsinə aşması ciddi sınıqlara yol açır. Dizlər isə asfaltla ilk təmas nöqtəsi olduğundan güclü əzilmələrə məruz qalır. Travmaların çoxu texniki nasazlıq, dəbilqəsiz sürüş, samokata iki nəfər minmək və alkoqol qəbulu səbəbindən baş verir".
Mixail Fomin qeyd edir ki, bir çox istifadəçi əyləcləri yoxlamır və ya qaranlıqda sürət həddini aşır. Maneələr üzərində kəskin əyləcləmə isə sürücünün sükan üzərindən aşması ilə nəticələnir.
“Yeni başlayanlar əvvəlcə təhlükəsiz ərazidə samokata öyrəşməli, düzgün əyləcləməyi və tarazlığı saxlamağı öyrənməlidirlər. Travmaların böyük hissəsi məhz ilk səfərlər zamanı baş verir”, – deyən ekspertin əsas tövsiyəsi öz imkanlarını düzgün qiymətləndirməkdir.
O bildirib ki, səfərin xoş başa çatması üçün yol qaydalarına əməl etmək və qoruyucu vasitələrdən istifadə etmək kifayətdir.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri