Icma.az
close
up
RU
Bəzən bir nikahın pozulması bir neçə mübahisəni ortaya çıxarır Nazir müavini

Bəzən bir nikahın pozulması bir neçə mübahisəni ortaya çıxarır Nazir müavini

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qəbul olunan qanunlara əsasən, Azərbaycanda nikah yaşının aşağı salınmasına qanunla verilən imkanın aradan qaldırılması, bu ilin iyulundan qüvvəyə minəcək qanuna əsasən yaxın qohumlar arasında nikahın qadağan olunması, təbii ki, əhalinin sağlamlığının qorunmasına yönəlib. Erkən nikahların qarşısının alınması üçün bir sıra məsuliyyət tədbirləri müəyyən olunub”. 

"Unikal" xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.

Nazir müavini bildirib ki, rəsmi nikahdankənar nikaha daxil olma faktlarının qarşısının alınması üçün maarifləndirmə tədbirləri həyata keçirilir: "Son dövrlərdə pilot olaraq Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən nikahın pozulması ilə bağlı müraciət edən şəxslərə psixoloq müraciəti tövsiyyə olunur. Bunun nəticəsində 20%-ə yaxın şəxslər psixoloq müracətindən sonra nikahın pozulması fikrini dəyişirlər.  Bu məsələnin birbaşa qanunvericiliklə tənzimləməsi üçün təkliflər hazırlanır”.

"Hamımızı narahat edən məsələlərdən biri son illərdə nikahın pozulması hallarının artması, aliment və ailə mübahisələrinin artmasının çoxlu sayda məhkəmə qətnamələrinin, icra sənədlərinin ortaya çıxmasına səbəb olur. Ədliyyə Nazirliyinin icra qurumları artan iş yükü fonunda nazirliyin daha effektiv çalışması üçün bütün mümkün vasitələrdən istifadə edir. Amma hesab edirik ki, Ədliyyə Nazirliyi tək bu məsələnin öhdəsindən gəlməkdə müəyyən çətinlik çəkir. Məhkəmə qərarlarının artan tendensiyası göstərir ki, bu, daha çox sayda məhkəmə qərarlarının qəbul etmək və icrası ilə problem həll olunmur. Bir cəmiyyətdə artıq Ali Məhkəməyə qədər gedən məhkəmə aktları, qərarları mübahisə olunur, bəzən insanlar bir-biri ilə prinsip apararaq yuxarı instansiya məhkəmələrinə şikayət etməsi, məhkəmələrin iş yükünü artırır. Bəzən görürsən ki, bir nikahın pozulması faktı özlüyündə bir neçə mübahisəni ortaya çıxarır. Bir nikahın pozulmaısndan yeni aliment mübahisəsi, əmlak bölgüsü və uşaqla ünsiyyət mübahisəsi ortaya çıxır".

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Mart 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri