Nazir müavini: İnkişaf etmiş ölkələrin texnoloji inkişafı bəzən təbiətə mənfi təsir edir
Icma.az, Report.az saytına istinadən bildirir.
İnkişaf etmiş ölkələrdə texnologiya sahəsində irəlləyiş bəzən təbiətə mənfi təsir edir.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Yaşıl gələcəyə könül ver” mövzusunda keçirilən konfransda deyib.
Nazir müavini təhsildə ekologiya sahəsinə geniş yer ayrılmasının vacibliyini vurğulayıb:
"İnsanlarda ekoloji mədəniyyət formalaşdırmaq lazımdır. Təhsil sistemində bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması təhsilə çox yaxşı təsir etdi. İlk dərs günündə birinci dərsi hər bir müəllim "Yaşıl dünya naminə həmrəylik" mövzusuna ayırmışdı. Bu addım ekoloji mədəniyyətin formalaşdırılmasında gözəl irəlləyişdir".
Onun sözlərinə görə, dünyada 1 milyardan çox könüllü fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















