Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“Bəzən ona göndərməyə pulum olmayıb...” Nərimanın atası

“Bəzən ona göndərməyə pulum olmayıb...” Nərimanın atası

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Söz deyəndə insan birinci özünü göz önünə gətirər. Filan şeyi mənə, övladıma desələr, xoş gələr? Özünə rəva bilmədiyin sözü başqası üçün heç vaxt demə”.

Bu fikirləri “Sportinfo.az”a açıqlamasında Çempionlar Liqasının əsas mərhələsində “Ayaks”a məğlubiyyətdən sonra (2:4) “Qarabağ”ın ən çox tənqid olunan oyunçusu Nəriman Axundzadənin atası Əhməd Axundov deyib.

O, övladının ünvanına ən çox səslənən “adamı var” iddiasına da aydınlıq gətirib: “And olsun Allaha, o uşaq ilk günlər “Qarabağ”da nə əziyyətlər çəkib. Mənim bəzən ona göndərməyə pulum olmayıb. 12 yaşından Nəriman Bakıda qalır. Ata-ana nəvazişi görməyib. O yaşda gəlib “Qarabağ”da uşaqların içinə düşdü. İmkanım olmadı ki, Bakıda ev tutam. Anasının yanında qalsın, yeməyini yesin, rahat yerdə yatsın.

“Qarabağ”ın akademiyasında Elnur müəllim çox dəstək olub. Amma valideyn qayğısını kim əvəz edə bilər? Onun kimi var? Dayısı, əmiləri Lənkəranda qalır. Hamısı kasıb insanlardır. Yerli camaat da yaxından tanıyır. Nərimanı tapşırmağa kimsə olmayıb.

Onun adamı kimdir? Onun adamı Allahdır. Allah istəyib gəlib “Qarabağ”a çıxıb. “Qarabağ”da bu gün də heç kimlə münasibətim yoxdur. Baş məşqçi Qurban Qurbanovla bu yaxınlarda 2 dəqiqə söhbət etmək imkanım olub. Qurban müəllim bildirdi ki, yazılanlar Nərimana təsir etməməlidir, vəssalam”.

Ata sağlam tənqidə bir söz demədiyini, amma kütləvi şəkildə Nərimanın üzərinə gedilməsini, təhqir olunmasını başa düşə bilmədiyini sözlərinə əlavə edib: “Tənqid eləməyə bir söz demirəm. Tənqid onun xeyrinədir. Amma artıq-əskik yazmaq olmaz axı. Ayıbdır. Biz hamımız azərbaycanlıyıq. Niyə eyni millət olduğumuz halda bir-birimizə bu cür münasibət bəsləyirik? Mahir Emreli də eyni yolu keçib. Bir vaxtlar ona qarşı da belə münasibət var idi.

Açığı, Nərimanın da xaricə getməyini istəyirəm. Özünə də demişəm. Təklifləri də olub. Xeyirlisi nədirsə, o da olsun. Əlbəttə, başverənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Mənə elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun. Haqqı nahaqqa vermək olmaz. Bir insanın üzərinə getmək düzgün deyil. Bütün komanda uduzub axı. Bir nəfərin üzərinə niyə düşsünlər ki? Bunu başa düşə bilmirəm. Nəriman kimə nə edib? Kimi söyüb, təhqir edib? Belə şey ola bilməz. Meydanda səhvi ola bilər, səhvsiz insan yoxdur. Qərəzli tənqid etmək, şəxsiyyətə toxunmaq olmaz”.

Ə. Axundov sonda oğlunun “Qarabağ”a keçməsinin belə asan olmadığını və bu işdə onun istedadlı olmasının və Rəşad Sadıqovun əməyini xüsusi qabardıb: “8 yaşında “Xəzər Lənkəran”da futbola gedib. Xəyal və Röyal qardaşlarının üzərində əziyyəti çox olub. Onda “Xəzər”də ən balaca yaş qrupu 10 yaş idi. Toral Bayramovun olduğu qrup. Nəriman da onlarla məşq edirdi. Həmişə yaşıdlarından böyüklər ilə oynayıb. “Qarabağ”da da hər zaman özündən 2 yaş böyük uşaqlarla oynayıb.

“Xəzər Lənkəran” dağılandan sonra tək Nəriman yox, çox sayda uşağı Rəşad Sadıqov “Qarabağ”ın akademiyasına yoxlanışa apardı. Arasında Toral Bayramov da var idi. Əslində, “Qarabağ”da Nərimana qalmağa yer vermirdilər. Çünki Nərimanın yaşında uşaqların qalmağına yer yox idi. Amma istedadına görə Rəşad Sadıqovun təşəbbüsü ilə orada saxladılar, yer verdilər. “Qarabağ”da qalmasında Rəşadın böyük xidməti olub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri