Icma.az
close
up
RU
“Nərimanın xaricə getməyini istəyirəm” Atası danışdı

“Nərimanın xaricə getməyini istəyirəm” Atası danışdı

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


“Söz deyəndə insan birinci özünü göz önünə gətirər. Filan şeyi mənə, övladıma desələr, xoş gələr? Özünə rəva bilmədiyin sözü başqası üçün heç vaxt demə”.
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri “Sportinfo.az”a açıqlamasında Çempionlar Liqasının əsas mərhələsində “Ayaks”a məğlubiyyətdən sonra (2:4) “Qarabağ”ın ən çox tənqid olunan oyunçusu Nəriman Axundzadənin atası Əhməd Axundov deyib.
O, övladının ünvanına ən çox səslənən “adamı var” iddiasına da aydınlıq gətirib:
“And olsun Allaha, o uşaq ilk günlər “Qarabağ”da nə əziyyətlər çəkib. Mənim bəzən ona göndərməyə pulum olmayıb. 12 yaşından Nəriman Bakıda qalır. Ata-ana nəvazişi görməyib. O yaşda gəlib “Qarabağ”da uşaqların içinə düşdü. İmkanım olmadı ki, Bakıda ev tutam. Anasının yanında qalsın, yeməyini yesin, rahat yerdə yatsın.
“Qarabağ”ın akademiyasında Elnur müəllim çox dəstək olub. Amma valideyn qayğısını kim əvəz edə bilər? Onun kimi var? Dayısı, əmiləri Lənkəranda qalır. Hamısı kasıb insanlardır. Yerli camaat da yaxından tanıyır. Nərimanı tapşırmağa kimsə olmayıb.
Onun adamı kimdir? Onun adamı Allahdır. Allah istəyib gəlib “Qarabağ”a çıxıb. “Qarabağ”da bu gün də heç kimlə münasibətim yoxdur. Baş məşqçi Qurban Qurbanovla bu yaxınlarda 2 dəqiqə söhbət etmək imkanım olub. Qurban müəllim bildirdi ki, yazılanlar Nərimana təsir etməməlidir, vəssalam”.
Ata sağlam tənqidə bir söz demədiyini, amma kütləvi şəkildə Nərimanın üzərinə gedilməsini, təhqir olunmasını başa düşə bilmədiyini sözlərinə əlavə edib:
“Tənqid eləməyə bir söz demirəm. Tənqid onun xeyrinədir. Amma artıq-əskik yazmaq olmaz axı. Ayıbdır. Biz hamımız azərbaycanlıyıq. Niyə eyni millət olduğumuz halda bir-birimizə bu cür münasibət bəsləyirik? Mahir Emreli də eyni yolu keçib. Bir vaxtlar ona qarşı da belə münasibət var idi.
Açığı, Nərimanın da xaricə getməyini istəyirəm. Özünə də demişəm. Təklifləri də olub. Xeyirlisi nədirsə, o da olsun. Əlbəttə, başverənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Mənə elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun. Haqqı nahaqqa vermək olmaz. Bir insanın üzərinə getmək düzgün deyil. Bütün komanda uduzub axı. Bir nəfərin üzərinə niyə düşsünlər ki? Bunu başa düşə bilmirəm. Nəriman kimə nə edib? Kimi söyüb, təhqir edib? Belə şey ola bilməz. Meydanda səhvi ola bilər, səhvsiz insan yoxdur. Qərəzli tənqid etmək, şəxsiyyətə toxunmaq olmaz”.
Ə. Axundov sonda oğlunun “Qarabağ”a keçməsinin belə asan olmadığını və bu işdə onun istedadlı olmasının və Rəşad Sadıqovun əməyini xüsusi qabardıb:
“8 yaşında “Xəzər Lənkəran”da futbola gedib. Xəyal və Röyal qardaşlarının üzərində əziyyəti çox olub. Onda “Xəzər”də ən balaca yaş qrupu 10 yaş idi. Toral Bayramovun olduğu qrup. Nəriman da onlarla məşq edirdi. Həmişə yaşıdlarından böyüklər ilə oynayıb. “Qarabağ”da da hər zaman özündən 2 yaş böyük uşaqlarla oynayıb.
“Xəzər Lənkəran” dağılandan sonra tək Nəriman yox, çox sayda uşağı Rəşad Sadıqov “Qarabağ”ın akademiyasına yoxlanışa apardı. Arasında Toral Bayramov da var idi. Əslində, “Qarabağ”da Nərimana qalmağa yer vermirdilər. Çünki Nərimanın yaşında uşaqların qalmağına yer yox idi. Amma istedadına görə Rəşad Sadıqovun təşəbbüsü ilə orada saxladılar, yer verdilər. “Qarabağ”da qalmasında Rəşadın böyük xidməti olub”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 Dekabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri