Icma.az
close
up
RU
Qurban Qurbanov: “Nərimanın, Toralın hörmətsizlik etmək fikirləri olmayıb”

Qurban Qurbanov: “Nərimanın, Toralın hörmətsizlik etmək fikirləri olmayıb”

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Qarabağ” Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Bizim üçün ən gərgin, ağır oyunlardan biri idi. Matça tam yaxşı hazırlaşa bilməmişdik. 12 futbolçumuz milli komandalarda idi. Kevin Medina bizimlə cəmi iki məşq etmişdi. Çox vacib qələbə qazandıq. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Burada oynamaq çox xoş idi. Son tsiklə yaxşı başladıq.

– Oyunun keyfiyyəti sizi qane edirdi?

– Hələ yox. Ona çatmağa çox illər lazımdır. Siz qrafikdə oynayan komandalar üçün heç də asan deyil. Bundan sonra özümüzə gələ bilərik. Ümumən futbolçularımdan razı qaldım.

– Bu gün “Turan Tovuz”un bazasının açılışında iştirak etməməyinizin səbəbi nə idi?

– Oyuna hazırlaşırdıq. Açılışda iştirak etməyim, komandanı qoyub getməyim uyğun olmazdı. Çox da önəmli deyildi. Ona görə də bu addımı atdıq. Amma əvvəldən təklif olmuşdu.

– Qapı mövqeyində tez-tez rotasiyalar edirsiniz. Bu, onların performansına mənfi təsir edir?

– Yaxşılığa doğru gedir. Gərək hər qapıçıya şərait yaradaq. Ən uyğun bu mövqeni çox da dəyişməməkdir. Amma onlara şans yaradırıq ki, hər zaman hazır olsunlar. Çünki gözləmədiyimiz şeylər ola bilər.

– Hakimliyin səviyyəsi oyuna uyğun idi?

– Bəzi epizodlarda narazılığım oldu. Ümumən hakim tempin düşməməsinə şərait yaradırdı.

– Fabiyan Buntiçə şans vermirsiz. Onunla yollar ayrılacaq?

– Qapıçı elə mövqedir ki, hər oyunçuya şans vermək olmur. Limitə görə bəzən Şahruddini oynadırıq. Qarşıdakı matçlarda Buntiçə də şans verəcəyik.

– Milli komandanın oyunlarından sonra Nəriman Axundzadənin azarkeşlərlə, Toral Bayramovun isə jurnalistlərlə problemi oldu. Sizin buna münasibətiniz necədir?

– İstəmərəm belə hallar olsun. Futbolçularıma hər zaman bildirmişəm ki, milli komandada intizamlı olsunlar. Orada Nərimanın, Toralın hörmətsizlik etmək fikirləri olmayıb. Onların meydanda intizamsızlığı olmayıb. Bəzən qarşıdakı şəxsin danışıq tərzi insanın səs tonunun qalxmasına səbəb olur.

– Nəriman Axundzadənin adı “Molde” ilə hallanırdı. Kluba təklif gəlmişdi?

– Kluba real təklif gəlmişdi. Sadəcə klublar arasında anlaşma olmadı. Norveçdə transfer pəncərəsi ayın 27-si bitirdi. 2-3 gün ərzində qərar vermək bizim üçün asan deyildi.

– Elvin Cəfərquliyev millidə yenə qırmızı vərəqə aldı. Onun problemi nədir?

– Nə siz bilirsiz, nə mən bilirəm. İstəməyərək alınan vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli nəsə problem var. Daha diqqətli olmalıdır.

– Müqaviləsi başa çatan futbolçularla danışıqlara başlamısız?

– Yox, hələ qarşıda bir neçə ay var. Dəyişikliklər etmək istəyirik. Çox diqqətli olmalıyıq. İşimizi davam etdiririk. Mayın sonlarına yaxın qərarlar verəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 28 Mart 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see233

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see218

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see199

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see175

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see150

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see141

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see139

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see135

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see132

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see130

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see124

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see123

Dilarə Əliyeva qızı və nəvəsinin görüntüsünü paylaşdı

17 Avqust 2025 21:30see122

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see122

Nəsrindən bikinidə paylaşım

18 Avqust 2025 01:03see119

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see119

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see118

Makron sabah Ağ Evdə baş tutacaq görüş barədə açıqlama verib

17 Avqust 2025 22:09see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri