Bəzən sadəcə güzgü qarşısında keçirdiyimiz 10 dəqiqə həyatımızı xilas edə bilər Həkim onkoloq
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
“Erkən diaqnostika qadınlarda 40 yaşdan sonra müntəzəm olaraq mammoqrafiya müayinələrinin aparılması, 40 yaşadək olan qadınlarda isə öz-özünə müayinə üsullarının öyrənilməsi və tətbiqi nəzərdə tutulur”.
Redaktor.az xəbər verir ki, bu fikirləri TƏBİB-in təşkilarçılığı ilə “Xərçəngdən Güclüsən” adlı tədbirdə həkim-onkoloq Nərmin Axundova bildirdi.
Onun sözlərinə görə, erkən skrininq müayinələri sayəsində xəstəliyi ilkin mərhələdə, yəni xəstəlik dərinləşmədən aşkar etmək mümkündür:
“Bu zaman müalicənin uğurla nəticələnməsi və tam sağalma ehtimalı da çox yüksək olur.
Əksinə, hər gecikmiş gün, hər gecikmiş ay xəstəliyin irəliləməsinə və bəzən artıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Burada əsas vurğulanmalı məqam odur ki, hər bir qadının bədəni ona müəyyən siqnallar göndərir. Təəssüf ki, biz çox zaman bu siqnalları eşitmirik. Bunun səbəbi isə həyat tərzimizin, ailə və məişət qayğılarımızın, gündəlik işlərin çoxluğu və səs-küylü mühitin bu siqnalları ört-basdır etməsidir.
Əslində biz bədənimizi dinləməli, öz sağlamlığımıza vaxt ayırmalıyıq. Bəzən sadəcə güzgü qarşısında keçirdiyimiz 10 dəqiqə həyatımızı xilas edə bilər”.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















