Bəzi Avropa ölkələri ABŞ nin sınağından keçə bilməyib NATO nun baş katibi
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
NATO-nun baş katibi Mark Rutte bəzi NATO ölkələrinin ABŞ-nin sınağından keçə bilmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, Rutte açıqlamanı Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdən sonra CNN-ə verdiyi müsahibədə deyib.
Vaşinqton dəfələrlə NATO müttəfiqlərini İrana qarşı müharibə zamanı onu dəstəkləmədiklərinə görə tənqid edib. Rutte ABŞ Prezidentinin qiymətləndirməsi ilə razı olub-olmadığı soruşulduqda deyib: "Bəziləri, bəli, amma əksər Avropa ölkələri əvvəllər oxşar hallarda vəd etdiklərini ediblər və biz bunu bu gün müzakirə etdik".
Rutte əlavə edib ki, Trampla "səmimi və açıq" müzakirə aparıb və prezident ABŞ müttəfiqlərindən məyus olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Avropa ölkələri logistika və digər məsələlərdə kömək göstəriblər.
Ağ Evin mətbuat katibi Kerolin Levitin də əvvəllər bildirmişdi ki, Amerika lideri İrana qarşı ABŞ-İsrail müharibəsinin NATO üçün bir sınaq olduğunu və NATO-nun bu sınaqdan keçə bilmədiyini düşünür.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 09 Aprel 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















