“Bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi birmənalı qarşılanmır”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Mühüm məqamlardan biri din xadimlərimizin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun daha da artırılmasıdır ki, bu məsələdə vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda bildirib.
“Dini mərkəz olaraq illər öncə milli xüsusiyyət və tarixi ənənələrimizi ehtiva edən geyim forması işləyib hazırlamış və tətbiq etmişdik. Vahid ruhani formasının qəbulunda məqsəd – hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir.
Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl olunmaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır”, - deyə şeyxülislam bildirib.
Allahşükür Paşazadə əlavə edib ki, azad olunmuş torpaqlarımızda yenidən inşa olunmuş məscidlərimizdə ucalan azan səsləri qürur mənbəyimizdir. Yeni məscidlərdə fəaliyyətə başlayan din xadimlərimiz sıralarımızı genişləndirir.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 23 Dekabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















