Icma.az
close
up
RU
Bəzi dindarların Novruz bayramı qorxusu: “haramdır”, “olmaz”...

Bəzi dindarların Novruz bayramı qorxusu: “haramdır”, “olmaz”...

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu dəfə Ramazan bayramı Novruz bayramı ilə üst-üstə düşdü, Ramazan günləri bayram çərşənbələrinə təsadüf etdi. Bayramın bayrama qarışması nə qədər xoş əhvali-ruhiyyə yaratsa da, fikir ayrılıqlarına, bəzi kəsimin narazılığına və gileyinə səbəb oldu. Hələ Ramazanın başlaması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar şurası fətva verərkən əvvəlcədən yaranacaq söz-söhbəti nəzərə alaraq mətndə bu nüansa xüsusi diqqət çəkdi:

“Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun. Zəfər dönəmini yaşayan Azərbaycanda müqəddəs Ramazan və mübarək Novruz bayramlarının üst-üstə düşməsi Uca Allahın Lütfü ilə xeyirlərə vəsilə olan böyük müjdədir”.

Keçənilki fətvada da bu məsələyə toxunulmuşdu. Bildirilmişdi ki, şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir.

Bəzi dindarların Novruzafobiyasının səbəbləri iftardan əvvəl açılan bayram süfrələri və başqa buna bənzər nüanslar deyil. Söhbət Novruzun tarixçəsində və bu bayramın atəşpərəstliyin, zərdüştlüyün simvolu olmasından gedir.

Bəzi dindarlar Novruzun oda sitayiş ritualının nəticəsində meydana gəlməsinin əsas gətirərək müsəlmanların bu bayramı qeyd etməkdə böyük səhvə yol verdiyini, hətta bunun haram olduğunu deyirlər. Novruza aid olan bütün ənənlərin: tonqalın üstündən tullanmaqdan tutmuş, şəkərbura, paxlava bişirməyə qədər İslamda bəyənilməyən addım olduğunu vurğulayırlar. Xüsusən, tonqal qalamağı atəşpərəstlərin ənənəsi kimi qiymətləndirirlər.

Bununla bağlı dindarların istinad etdiyi əsas hədislərdən biri Məhəmməd Peyğəmbərlə bağlıdır: “Allahın Rəsulu buyurmuşdur: “İki günü sizin üçün iki günlə əvəz etdim: (yəni) Novruz və Mehriqanı Fitr və Qurban bayramı ilə əvəz etdim”.

Bu hədisin müxtəlif yozumları var. Fəqət dəyişən dövr və tarixi inkişaf mərhələlərinə diqqət çəkməkdə fayda var. İsam dininin təşəkkülünün vüsət alması müsəlmanlar üçün İslam bayramlarının əsas göstərilməsi və digər dini bayramla əvəzlənməsi normal haldır. Amma bundan yola çıxaraq Novruzun haram buyurulması qənaətinə gəlmək mümkün deyil.

Novruzun mahiyyətində yenilik, dünyanın təzə cildə gəlməsi, Günəşin, işığın bərqərar olması dayanır. Bu bayramın kökü hər nə qədər atəşpərəstliyə dayansa da, mahiyyətində bəşərilik var. Necə ki təbiət hər bir canlının yuvasıdır, Novruzun mahiyyəti də bütün Yer kürəsinin əhatə edir.

Bunu özündə ehtiva edən digər bir hədis İmam Əli ilə bağlıdır. Dindarların bir qismi bu hədisə də istinad edir: “Əliyə Novruz hədiyyəsi gətirdilər, imam dedi: "Bu nədir?" Dedilər: "Ey Möminlərin Əmiri (bu) Novruz günüdür". İmam dedi: "Hər günü Novruz edin".

Bu, Novruzun mahiyyətinə varmaq, insanların birliyinə, paylaşmaq ənənəsinə, mehribanlığına dəstək vermək mahiyyəti daşıyır.

Təbii ki, göstərilən hədis əsas vermir ki, Novruzu dini bayram adlandıraq. Novruz, həqiqətən, dini bayram deyil, lakin millidir.

Bir bayramın, ritualın milliləşməsi böyük tarixi gedişatın nəticəsi kimi qiymətləndirilməlidir. Novruz minillik ənənəsi olan adət-ənənələri özündə birləşdirir. O adət-ənənələr hansısa dinin tərkib hissəsi, yaxud həmin dinə xidmət edən xüsusi əməl kimi yox, insanların birgəliyinə xidmət etdiyi üçün Azərbaycan xalqının, o cümlədən digər müsəlman əhalisi üstünlük təşkil edən xalqların öz milli ənənələrinə çevrilib. İslamın təlqin etdiyi anlayışlarla səsləşən bu bayramın simvollarının tarixinə yox, mahiyyətindəki dəyərlərə diqqət yetirdikdə dinimizə zidd, müsəlmanların, dindarların həyat məramına əks bir şey olmadığından ulu babalarımız Novruzu könül rahatlığı ilə öz bayramı kimi qeyd edə bilib. Və bu ənənə nəsillərdən nəsillərə ötürülüb.

Bəs Novruz bayramını hədəfə alan bəzi radikal meyllərin səbəbi nədir?

Ayrı-ayrı vaxtlarda din pərdəsi altında cəmiyyətdə fikir ayrılığına, ixtilafa səbəb olan kəslər həmişə hansısa səbəblərdən insanları çaş-baş salmaqdan ötrü xüsusi məsələləri gündəmə gətirirlər. Əvvəllər bu söhbətlər hansısa çevrədə, canlı ünsiyyət zamanı üzə çıxırdısa, indi sosial şəbəkələrdə daha geniş müzakirələr yaradır. Bəzi dondan dona salınan zərərli fikirlər elə bəlağətli təqdim edilir ki, küyə gedən kəsimin ürəyinə nifaq, şübhə toxumu səpilir və milli kimlikdən uzaqlaşma prosesi başlayır. Novruz bayramı mövzusu sadəcə bir nümunədir.

Dəyərlərin müqayisəsi küfrdür. Bu, at yarışı deyil ki, hansının üstün olduğu ilə bağlı hökm verməyə çalışasan. Ramazan həm dini, həm də ənənəviləşərək, bir növ, milli bayram kimi azərbaycanlılar üçün çox əzizdir. Novruz bayramına və onun rituallarına olan ehtiramı Ramazanla müqayisə etmək, hansının vacib və üstün olduğunu müəyyənləşdirmək üçün heç bir zəmin yaranmayıb. Bu zəmini süni şəkildə gündəmə gətirmək isə dindən, mənəviyyatdan uzaq məsələdir. Bu mənada, hər kəsi eyni düşünməyə, anlayışları eyni cür qəbul etməyə də sövq etmək mümkün deyil.

Məsələn, Azərbaycanda şəkərbura, paxlava bişirən heç bir xanım bu şirniyyatların formaları, bu formalar kosmik anlayışlarla əlaqəsi, tarixi kökü, zərdüştlüklə hansı dərəcədə əlaqəsi olduğu barədə qəti fikirləşmir. O düşünür ki, bu şəkərburanın naxışı yaxşı alınsın, bişəndə ağzı açılmasın, paxlava simmetrik kəsilsin, altı, üstü çox qızarmasın, bişirdiklərindən kimlərə pay versin və s.

Tonqalın üstündən tullanan növcavanlar “ağırlığım-uğurlum, tonqala, hoppp” deyib tullananda bu odun vaxtilə sitayiş mənbəyi olduğunu, atəşpərəstliyin müddəalarını qəti ağlına gətirmir. Amma ürəkbulandıran, ağılçaşdıran söhbətlər çoxaldıqca fikirlər qarışır, insanlar yadlaşır.

Onsuz da hər şeyin robotlaşdığı bu dövrdə beş-altı sığındığımız dəyər qalır. Həmin dəyərləri də əldən versək, hər şey mənasızlaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Mart 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri