Icma.az
close
up
RU
Bəzi insanlara üç ş ilə desən də, ürəyin soyumur... Video

Bəzi insanlara üç ş ilə desən də, ürəyin soyumur... Video

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Serbiyanın Zlatibor şəhərində keçirilən məktəblilər arasında keçirilən Avropa birinciliyinin final mərhələsində Azərbaycan boksçusu Yusif Ağakişiyevə qarşı haqsızlıq edilməsi ciddi narazılıq yaradıb.

75 kq çəki dərəcəsində baş tutan həlledici qarşılaşmada idmançımız, rəqibi Viktor Maystroviç üzərində üstünlük qazansa da, hakim qərarı fərqli olub. Azərbaycan Boks Federasiyası baş verənlərlə bağlı rəsmi açıqlama verərək, məsələni beynəlxalq səviyyədə qaldıracağını bildirib.

Federasiyanın yaydığı bəyanatda bildirilir ki, Şimali Makedoniyalı hakim Stefan Subalevski şəxsi maraqları naminə qərəzli mövqe sərgiləyərək, Ağakişiyevin qələbəsini əlindən alıb və onu çempionluqdan məhrum edib. Məsələ ilə bağlı hakim haqqında müvafiq beynəlxalq qurumlara rəsmi şikayət ünvanlanacağı qeyd olunur.

Hadisə zamanı Azərbaycan komandasının texniki direktoru Hamza Avezov da emosional reaksiya verib. Federasiya nümayəndəsi onun davranışının idman etikasına uyğun olmadığını qəbul etsə də, məşqçinin illərlə əziyyət çəkdiyi bir idmançının haqsız yerə məğlub elan edilməsinə verdiyi reaksiya müəyyən mənada başadüşüləndir. Bununla belə, Avezovla bağlı da daxili nizam-intizam qaydalarına uyğun tədbir görüləcəyi bildirilib.

Bu hadisə bir daha göstərdi ki, idman yalnız fiziki güc və taktika ilə deyil, həm də ədalətli qərarlarla formalaşmalıdır. Minlərlə tamaşaçının gözü qarşısında baş verən bu cür haqsızlıqlar, sadəcə bir idmançının deyil, bütöv bir xalqın inamını sarsıdır. Çünki idman təkcə qələbə uğrunda yarış deyil, həm də ədalətin, dürüstlüyün və prinsiplərin təcəssümüdür.

Azərbaycan Boks Federasiyası bu cür halların gələcəkdə təkrarlanmaması üçün mübarizəsini davam etdirəcəyini və boksçularımızın hüquqlarının qorunması naminə bütün mümkün hüquqi addımların atılacağını bəyan edib.

Bu hadisə idmanda illərlə təkrarlanan, lakin hər dəfə yeni bir yaraya çevrilən ədalətsiz qərarların daha bir nümunəsidir. Qalib gələn idmançının haqqının əlindən alınması, sadəcə medal deyil, gələcək üçün motivasiya, əzmkarlıq və inamın da itirilməsi deməkdir. Rəhmətlik Xudu Məmmədovun dediyi kimi, "Elə insanlar var ki, onlara üç "ş" ilə desən də, ürəyin soyumur." Bəzən, idman meydanlarında baş verənlər bu ifadənin nə qədər dolğun və real olduğunu xatırladır.

Qadir Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri