Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər Nazir
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakalavriat səviyyəsi üzrə bəzi ixtisaslarda 3 illik təhsil mümkündür. Amma orta məktəblərdə 12 illik təhsilə keçid nəzərdə tutulmur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
E. Əmrullayev qeyd edib ki, təhsilalanların yaşı da nəzərə alınmalıdır.
"Məsələn turizimin təşkili ixtisasını bəlkədə 3 il oxumaq olar. Amma hüquq kimi ixtisasda düşünmək lazımdır. Mənə görə, mühəndis hazırlamaq kifayət qədər çətindir.
Biz Bolonya sisteminə keçiddə ixtisasları eyni qəlibə yığmağa çalışmışıq. İndidə bəzi ixtisaslar 5 il, bəzisi 4 ildir. Bu peşənin mahiyyətindən aslıdır", - deyə nazir bildirib.
E. Əmrullayev əlavə edib ki, ixtisasların müddəti müzakirə edilməlidir.
"Bu zaman qoşulduğumuz beynəlxalq sənədləri nəzərə almalıyıq".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 Sentyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















