Bəzi liderlərin COP29da iştirak etməməsinə Rəsmi münasibət
Qafqazinfo-dan alınan məlumata görə, Icma.az xəbər verir Bəzi liderlərin COP29da iştirak etməməsinə Rəsmi münasibət.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29-da iştirak etməməsinə münasibət bildirib.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, indiyə qədər 80-dən çox ölkənin dövlət və hökumət başçıları COP29-da iştirak edib.
“Konvensiyaya üzv olan 198 tərəf var. Bir-iki istisnanı çıxmaq şərti ilə, 198 tərəfdən, demək olar, hamısının nümayəndə heyəti Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar. Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə isə, Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır. Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Biz ancaq Konfransın uğuruna köklənməliyik”, - nazir qeyd edib.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)