Bəzi müəllimlər qızları ərə getməyə çağırır İDDİA
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bəzi müəllimlərin qız uşaqlarına təhsildən uzaqlaşdıran və erkən nikaha təşviq edən fikirlər səsləndirdiyi bildirilir. Müəllim hazırlığında fənn biliyi ilə yanaşı, psixoloji və insani keyfiyyətlərin də nəzərə alınması təklif olunur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin payız sessiyasındakı ilk iclasında bildirib.
Komitə sədri gələcəyin müəllimlərinin yetişdirildiyi universitetlərdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
“Şəxsi təcrübəmdən və müxtəlif söhbətlərdən görürəm ki, bir çox hallarda müəllimlər uşaqlara psixoloji cəhətdən düzgün təsir göstərə bilmirlər. Ola bilər ki, müəllim öz fənnini çox yaxşı bilir. Lakin insani keyfiyyətlər baxımından qız uşağına deyir: ‘Niyə bu qədər əziyyət çəkib oxuyursan? Onsuz da tezliklə ərə getməlisən’”, – Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, belə düşünən müəllimlər hələ dünyagörüşü tam formalaşmamış uşaqlara mənfi təsir göstərə bilirlər:
“Biz mütəxəssisin yaxşı kadr olmasına və fənnini mükəmməl bilməsinə diqqət yetiririk. Lakin onun bir insan, müəllim və psixoloq kimi auditoriyada uşaqlara müsbət təsir göstərib-göstərməyəcəyini əvvəlcədən müəyyən edə bilmirik. Problem də məhz buradan qaynaqlanır”.
Komitə sədri dini icmalarla əməkdaşlığın da vacib olduğunu bildirib. O qeyd edib ki, qız və oğlan uşaqlarının eyni səviyyədə təhsil almasını dəstəkləyən, cəmiyyətə müsbət mesajlar verən din xadimləri var.
Hicran Hüseynova universitetlərdə və bölgələrdə keçiriləcək görüşlərə müəllimlərlə yanaşı, müasir düşüncəli dini icma nümayəndələrinin də dəvət olunmasını təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 Sentyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















