Icma.az
close
up
RU
Bəzi ölkələrdə qış ayları başlayanda avtomobil yay təkərləri ilə hərəkət edirsə, cərimə tətbiq edilir AÇIQLAMA

Bəzi ölkələrdə qış ayları başlayanda avtomobil yay təkərləri ilə hərəkət edirsə, cərimə tətbiq edilir AÇIQLAMA

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda bir neçə gündür, hökm sürən kəskin hava şəraiti nəticəsində qəza hadisələri qaçılmaz olub. Sosial şəbəkələrdə buzlanmış yollarda sürüşən avtomobillərin görüntüləri daha çox fəslə uyğun təkərlərdən istifadə edilməməsi məsələsini gündəmə gətirib. Məlum olub ki, sürücülərin əksəriyyəti avtomobillərində hələ də yay təkərindən istifadə etdikləri üçün qarlı havada digər sürücülərin və piyadaların həyatını da təhlükəyə atırlar.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Pravda.az-a açıqlamasında deyib ki, qarlı, buzlu yollarda hərəkət etmək ümumi olaraq rislikdir və bu riskləri artıran faktorlardan biri də təkərlərin dəyişilməməsidir.

“Sürücülərin peşəkarlıq səviyyəsini də əlavə etsək, görərik ki, qeyri-peşəkar sürücülərin və ya təkərləri dəyişdirilməyən nəqliyyat vasitəsinin qəza riski daha yüksəkdir. Bəzi ölkələr buna qarşı sanksiyalar tətbiq edir. Qış ayları başlayanda avtomobil yay təkərləri ilə hərəkət edirsə, buna görə sürücü müvafiq olaraq cərimələnir. Məsələn, Ukraynada mövsümi tələblərə cavab verməyən təkərlərlə avtomobil idarə etməyə görə məsuliyyətin müəyyən edilməsi təklif olunur. İlk pozuntuya görə 1700 UAH, yəni 74,92 AZN cərimə, təkrar pozuntuya görə 3-6 ay müddətinə hüquqlardan məhrum edilməklə 3400-dən 8500 UAH-a, yəni 149,84 AZN-dən 374,60 AZN-ə qədər cərimə təklif olunur. Birinci növbədə maşın və təkərlər saz olmalıdır. Belə hava şəraitində sürücülər özləri də riskləri dəyərləndirib, yola çıxmaq barəsində ciddi fikirləşsələr, yaxşı olar. Adi yollarda yağışlı, buzlu, qarlı havalarda qoyulan tələblərə əməl etmək bir tərəfə, digər tərəfdən sürücülərin peşəkarlıq səviyyəsi çox önəmlidir ki, belə vəziyyətdə qəzalardan qaça, mümkün riskləri minimumlaşdıra bilsinlər. Sürət həddinə və digər qoyulmuş tələblərə əməl etmək lazımdır. Hava şəraitində yolların təmizlənməsi, işıqlandırılması da önəmlidir, amma bu vəziyyət də fərqli ölkələrdə fərqli cür həll olunur. Havanın şaxtalı, daha qarlı keçməsi davam edirsə, bəzi dövlətlər iş saatlarına dəyişiklik edirlər, yaxud onlayn məsafədən işlərin idarə olunmasına üstünlük verir. Düşünürəm, biz hər bir haldan istifadə etməliyik. Bəzi insanlar var ki, onların mobilliyi təmin olunmalıdır. Burada da relssiz nəqliyyata üstünlük verməliyik ki, insanlar belə havalarda fərdi nəqliyyatdan bacardıqca istifadə etməsinlər, az istifadə etsinlər, yaxud metro, sərnişin qatarlarına yönəlsinlər”, - R.Ağamirzəyev qeyd edib.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see222

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see170

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see138

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see133

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see130

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see126

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see123

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see123

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see122

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see114

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see114

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see113

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri