Icma.az
close
up
RU
“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Son illər “uğur qazanmaq üçün mütləq diplom lazımdır” düşüncəsi əvvəlki qədər birmənalı qarşılanmır. Xüsusilə sosial media, rəqəmsal peşələr və şəxsi biznes nümunələri bir çox gəncdə ali təhsilin karyera üçün vacibliyi ilə bağlı fərqli fikirlər formalaşdırır. Bəzi insanlar təcrübə və bacarığın diplomdan daha önəmli olduğunu düşünür. 

Gənclər niyə ənənəvi peşələrdən uzaqlaşır? Müasir dövrdə diplom həqiqətən əvvəlki gücünü itirirmi?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, doğrusu, diplom və sertifikatlar dünyanın hər yerində ali təhsil almaqla bağlı, hər hansı ixtisasa sahiblənməklə bağlı dövlət tərəfindən verilən hüquqi bir sənəddir. Onun hüquqi konseptdən dəyərləndirilməsi sözsüz ki, təbii prosesdir.

Onun sözlərinə görə, problemin kökü isə diploma olan yanaşmadadadır: “Diplom uzun müddət bizim üçün sırf psixoloji bir faktor olaraq xüsusi rola malik olub; o ətrafdakı ictimai rəqabətlilik zamanı üstünlük göstəricisi, gələcəkdə hər hansı işdə işləmək üçün lazımı detal rolunu oynayıb. Lakin onun yalnız bir missiyası var - ixtisasla bağlı kadr səviyyəli biri olduğunun göstəricisi.... Amma beynəlxalq yanaşmalar, dünyanın çağdaş düşüncə parametrlərləri dəyişir. Artıq kadrın bilik və bacarıqları, üstünlük göstəriciləri onun bu işə bələdliyini təsdiqləyən hüquqi sənəddən daha çox işə yarayır. İstehsalat dünyası praktiki bacarıqları hüquqi sənəddən ön plana keçirir. Çünki ona lazım olan detal kadrın müəssisənin işinə nə dərəcədə faydalı olub-olmamasıdır. Digər detallar isə bir sahibkar kimi onu qəti maraqlandırmır. Düşünürəm ki, bu müəyyən hallarda doğru yanaşamdır.

Ekspert qeyd edib ki, ümumiyyətlə, bəzi sahələrdə gələcəkdə hər hansı diplom və ya sertifikata ehtiyac belə qalmayacaq:“Bu daha çox ictimai, iqtisadi profilli ixtisaslara aiddir. Amma elə ixtisaslar da var ki, onların bu asılılığı heç zaman aradan qalxmayacaq. Məsələn, tibb profilli ixtisaslar. Kimsə hansısa sahədə universiteti yarımçıq buraxıb sonradan böyük uğur qazana bilər. Məsələn, Mark Zukerberq, Bill Qeyts nümunəsi kimi... Amma heç kimsə, tibb təhsilini yarım qoyub sonradan yaxşı həkim ola bilməz. Odur ki, diplom önəmliliyi peşələrə görə dəyişən faktordur. Diplom yalnız bir qrup peşəyə görə öz gücünü itirə bilər. Digər qrupa görə isə əksinə, öz etibarlılığını daha da ciddiləşdirə bilər. Tibb və mühəndislik yönümlü profillərə bunu tam aid edə bilərik”.

Oğuz Ayvaz  

“AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 İyul 2026 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri